Cümə, 12 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəbrayılda məzarlığı dağıdıb, meyitlərin qızıl dişlərini söküblər - Foto

Ermənilər işğal altında saxladıqları ərazilərdə azərbaycanlıların basdırıldığı məzarlığı qazıb, meyitlərin qızıl dişlərini söküblər.

APA-nın Cəbrayıl rayonu Şahvəlli kənd inzibati ərazi vahidliyinin tabeliyində olan Niyazqulular kəndində apardığı çəkiliş zamanı ermənilərin məzarlıqda olan mərmər baş və sinə daşlarını söküb daşıdığı, məzarları qazaraq meyitlərə qarşı vandallıq əməlləri törətdiyi məlum olub.

Məzarların texnika ilə qazıldığı da açıq-aydın bilinir.

Niyazqulular kəndi və kənd məzarlığı tamamilə dağıdılıb. İnsan sümükləri qəbirdən çıxarılaraq ətrafa səpələnib. Meyitlərdən birinin baş sümüklərinə baxış zamanı məlum olub ki, erməni vandalları ağızdakı qızıl dişləri söküb, metal dişlərə isə toxunmayıb.

Bu fakt ermənilərin Azərbaycana, onun vətəndaşlarına qarşı törətdiyi vəhşiliyin daha bir sübutudur.

Qeyd edək ki, Cəbrayıl rayonunun Niyazqulular kəndi 1993-cü il avqustun 23-də erməni hərbçilərin nəzarətinə keçib. 27 il ermənilərin işğalında olan kənd tamamilə talan olunduqdan sonra xarabalığa çevrilib. Bütün evləri, inzibati binaları uçurub, yerlə yekdan edilib.

Cəbrayıl rayonun Niyazqulular kəndi 2020-ci il oktyabrın 19-da rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı sayəsində erməni işğalından azad olub.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artistinin nəvəsinə yüksək vəzifə verildi

Sumqayıtda zavodda zəhərlənən 50-dən çox şəxsin vəziyyəti açıqlandı - Yenilənib

İlham Əliyevin Pakistan səfəri: Hərbi təyyarələrdən möhtəşəm qarşılama - Video

Azərbaycan Prezidenti ilə Pakistanın Baş naziri arasında geniş tərkibdə görüşü olub - Yenilənib

Kənd Təsərrüfatı Nazirliyində dəyişiklik - Mərkəz rəhbəri vəzifəsinə yeni təyinat olub - Foto

"Məndə olan pullar, evləri indiki müğənnilər heç görməyib"

Pakistan qırıcılarının İlham Əliyevin təyyarəsini müşayiətinin daha bir möhtəşəm görüntüsü

Ərdoğan ABŞ-ni terrorçuları dəstəkləməkdə ittiham etdi

Xocalıda Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib - Yenilənib

AVRO-2024-də final matçını idarə edəcək hakim açıqlanıb

Ən çox oxunanalar