Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki okenda böyük qarşıdurma - Qərb ölkələri Çini dənizdən mühasirəyə almağa çalışırlar...

Çin İkinci Dünya Müharibəsindən sonra, bəlkə də, ilk dəfə olaraq genişlənmək və ən güclü super güc olmaq istəyindən narahat olan böyük ölkələrlə birbaşa qarşıdurmaya girdi. İttifaqlarla başlayan prosesi hərbi müharibələr izləyə bilər...

Hüda Hüseyni
“Şarkul Avsat” qəzeti, 30 sentyabr 2021-ci il

İki həftə əvvəl Kanberra, Vaşinqton və London münaqişə dövrünü xatırladan bir hərbi müqavilə barədə razılığa gəlib və bu mənada Avstraliyanın bir sıra nüvə sualtı gəmiləri ilə təchiz olunacağı gözlənilir.

AUKUS olaraq bilinən ittifaq bütün dünyaya əks olunması ilə Hind-Sakit okean bölgəsindəki beynəlxalq əlaqələrdə ciddi bir dönüş nöqtəsi yaradıb.

Bu ayın 15-də Avstraliya Hərbi Dəniz Qüvvələri üçün inkişaf etmiş Amerika və ingilis texnologiyaları ilə təchiz edilən nüvə mühərrikləri və sualtı qayıqların istehsalına dair razılaşma elan edilib. Daha sonra “Zoom” vasitəsilə ABŞ prezidenti Co Bayden, İngiltərə naş naziri Boris Conson və Avstraliyanın baş naziri Skot Morrison arasında virtual görüş olub. Bayden “AUKUS” müqaviləsinin üç ölkənin Hind-Sakit okean bölgəsində təhlükəsizliyi və sabitliyi gücləndirmək, eyni zamanda, texnologiya paylaşımı və kiber əlaqələri qorumaq öhdəliyi olduğunu izah edib. Müqavilə Çinin iki okean bölgəsində hakim hərbi və iqtisadi gücə çevrilməsinə verilən bir cavabdır.

ABŞ prezidenti Bayden Avstraliyanın­ baş naziri və ingilis həmkarının iştirak etdiyi virtual birgə anons mərasimində: “Bu, ən böyük güc mənbəyimizə - ittifaqlarımıza sərmayə qoymaq, onları bu günün və sabahın təhdidlərini daha yaxşı qarşılamaq üçün modernləşdirmək mənasına gəlir”, deyə qeyd edib.
2040-cı ilə qədər Avstraliyanın ən azı 8 nüvə sualtı qayıqdan ibarət donanması böyük bir hissəsinin Çinin 9 kəsikli xəritədə iddia etdiyi Cənubi Çin dənizində keşik çəkə biləcək. Sözügedən xəritə Pekinin bu dənizdəki tarixi iddiaları olaraq təqdim etdiyi birtərəfli və tanınmayan bir xəritədir. Həm Morrison, həm də Bayden sualtı gəmilərin nüvə silahı ilə təchiz olunmayacağını, ancaq nüvə mühərrikləri olacağını vurğulayıb. Ancaq nüvə enerjisi ilə işləyən sualtı qayıqlar, xüsusilə aşkarlanması olduqca çətin olduğu üçün güclü hücum və müdafiə qabiliyyətinə malik, güclü platformalardır.

Avstraliya Strateji Siyasət İnstitutunun rəhbəri Peter Cenninqs “AP” (Associated Press) agentliyinə verdiyi açıqlamada bu satınalmanın son illərdə Çinin iddialı davranışına və artan hərbi qabiliyyətinə bir reaksiya olduğunu söyləyib:

“Bu yeni tipli ilk sualtı qayığa (Si Tsinpin) adı verilməlidir. Çünki Avstraliyanın bu gedişata girməsindən Çin Komunist Partiyasının hazırkı lideri məsuliyyət daşıyır”.

AUKUS tərəfdaşlığı Pekinlə diplomatik anlaşılmazlıq yaşayan Avstraliya üçün də strateji əhəmiyyət kəsb edir. Çinin bu ortaqlığı “tamamilə məsuliyyətsiz” olaraq xarakterizə edərək qarşı tərəfin ikili standartlardan istifadə etdiklərini və Çinin də ikili standartları qəbul etdiyini bildirib. Çinin xarici işlər nazirliyinin sözçüsü əlavə edib ki, koalisiya regional sülhü və sabitliyi ciddi şəkildə pozur, silahlanma yarışını qızışdırır və beynəlxalq nüvə silahının yayılmaması səylərinə xələl gətirir. O, Avstraliyanın Sakit okean bölgəsi ölkələrinin nüvə silahından istifadə etməsinə və sahib olmasına mane olan “Ratutonga” anlaşmasını pozduğunu qeyd edib.

Avstraliya xarici işlər nazirliyindən isə sualtı gəmilərin nüvə silahı olmadığını, yalnız nüvə enerjisi ilə işlədiyini və ikisinin tamamilə fərqli olduğunu bildirilib. Lakin Sakit okeanda hadisələrin dönüşü ilə bağlı narahat olan tək ölkə Çin deyil. İttifaq Kanberranın 2016-cı ildə Fransa ilə imzaladığı 40 milyard dollarlıq müqavilədən 12 şərti sualtı gəmi almaq üçün geri çəkilməsindən sonra ingilisdilli müttəfiqləri ilə Fransa arasında gözlənilməz diplomatik mübahisə yaranıb. Avstraliya və ABŞ-dakı səfirlərini geri çağıran Fransa üçün müttəfiqlərinin bu davranışı gözlənilməz olub. Fransanın xarici işlər naziri Jan-İv Le Drian “arxadan bıçaqlandıqlarını” söyləyərək müqaviləni sərt tənqid edib və Fransanın “Avstraliya ilə etibarlı əlaqə qurduğunu və bu etibarın xəyanətə uğradığını” söyləyib.

Üç anqlosaks ölkə arasında imzalanan yeni müdafiə müqaviləsi Çinin qlobal bir güc olaraq yüksəliş tempini vurğulayır. Bununla yanaşı, Qərb müttəfiqlərinin iqtisadi maraqları bir-birindən fərqləndikcə, onların bir yerdə qala bilmələri ilə bağlı vacib suallar doğurur. Bu müqaviləni Fransaya qarşı müdafiə edərkən Avstraliyanın baş naziri Morrison nüvə sualtı qayıqlarının alınmasını “dəyişən strateji mühit” və yeni təhlükəsizlik tələbləri ilə əlaqələndirib.

AUKUS ittifaqının elan edilməsindən sonra Çin, xüsusilə böyük bir strateji addım atıb. Çin Birləşmiş Ştatlar prezident Obamanın dövründə hazırlanan və varisi Donald Trampın rəhbərliyi altında reallaşdırılan 11 üzvdən ibarət Trans-Sakit Okean Tərəfdaşlığının Hərtərəfli və Mərhələli Keçid Sazişinə qoşulmaq üçün rəsmi müraciət edib.

Çinin razılaşmaya qoşulmaq cəhdinin uğurlu olacağı ehtimalı azdır. Ayrıca Çin, subsidiyalar və hökumətə aid şirkətlər baxımından kriteriyalarda çətinlik çəkəcək.

Asiya Birliyi Siyasəti İnstitutunun vitse-prezidenti Vendi Katler “Wall Street Journal”a dediyi kimi: “Çinin razılaşmaya qoşulmaq istəyini ifadə etməklə itirəcək bir şeyi yoxdur, lakin qazanmaq üçün çox şeyi var”.

Avstraliya Uzaq Şərqdə yerləşir, lakin siyasi cəhətdən Qərbin bir hissəsidir. Dövrümüzün ən böyük qarşıdurmasının, Çinlə ABŞ arasında artan rəqabətin ortasındadır. Bir xammal və qida tədarükçüsü olaraq Çinlə sıx iqtisadi əlaqələri olan Avstraliya Pekinin yüksəlişinin yaratdığı fürsət və riskləri erkən tanıdı. Son 10 ilin əvvəlindən Avstraliya hökuməti donanmasını gücləndirməli olduğu qənaətinə gəldi və Fransa ilə 12 şərti sualtı qayığın istehsalı üçün milyardlıq müqavilə imzaladı.

21-ci əsrdə Sakit okeanda böyük bir qarşıdurma potensialı haqqında soruşulduqda Avstraliyanın keçmiş baş naziri Kevin Rad bunun çətin, lakin kifayət qədər təhlükəli olduğunu söyləyib. O, qeyd edib ki, bu nöqtədə, mümkün bir Soyuq Müharibəyə girilsə, Çin ABŞ üçün Sovet İttifaqından belə qorxunc strateji düşmən olacaq.

İngiltərə və Fransanın bölgədə döyüş gəmiləri var və indi Almaniya onlara Bayern freqatı ilə qoşulub. Onu da qeyd etmək lazımdır ki, Avstraliya, ABŞ, Yaponiya və Hindistan Çinin yüksəlişindən narahat olan 4 ölkədən ibarət boş bir ittifaqın üzvləridir. Lakin “Quad” adlanan bu ittifaq Hind-Sakit okean NATO-sunun nüvəsi ola bilməz. Çünki NATO üzvlərinin qarşılıqlı müdafiə öhdəlikləri var. Yaponiya və Avstraliyanın belə bir öhdəliyi yoxdur, çünki onlar çoxtərəfli müdafiə sisteminə aid deyillər və Vaşinqtonla ayrı-ayrı ikitərəfli təhlükəsizlik sazişlərinin bir hissəsidirlər. Hindistan da müttəfiq deyil, çünki rəsmi ittifaq quruluşuna malik deyil. Buna görə də, dördlük ittifaqının yaxın gələcəkdə NATO tipli bir razılaşmaya çevriləcəyi ehtimalı azdır. Ancaq çinlilər bu ittifaqı ciddiyə alırlar, çünki Çinin yüksəlişi ilə mübarizə strategiyasını əlaqələndirmək üçün bir alət halına gəlib.

Prezident Bayden “ABŞ geri döndü” demişdi. Buna əsasən, ABŞ-ın Çinin Hind-Sakit okean bölgəsindəki genişlənməsini daraltmağa çalışdığını deyə bilərik. ABŞ AUKUS-un Avstraliya ilə Çin arasındakı mübahisəni artıracağını, Çinin Avstraliyadan dəmir, boksit və digər mineral növlərinin idxalına təsir edəcəyini və bunun Çin sənayesinə zərər verəcəyini bilir. Bundan əlavə, AUKUS müqaviləsinə əsasən, ABŞ-ın Çinə qarşı hər hansı bir hərbi əməliyyatın qarşısını almaq üçün Sakit okean bölgəsində əhəmiyyətli bir hərbi bazası olacaq. AUKUS ABŞ, Yaponiya, Hindistan və Avstraliyanı özündə birləşdirən “Quad” təhlükəsizlik blokunu tamamlayacaq.

Gələcək bu iki okean bölgəsində bir çox ittifaqın toqquşmasına şahidlik edəcək.

AUKUS-la üzləşməklə gəlməklə yanaşı, ABŞ-ın Əfqanıstandan çəkilməsi Çini yaxınlaşan “Taliban” təhlükəsinin qarşısını almaq üçün birgə səy göstərməyə məcbur edəcək. Bunun üçün Çinin Pakistanın anlaşmasını qoruması, Hindistan və Rusiya ilə uyğunlaşması və sünni əfqanlarla qarşıdurmaya girməməsi üçün İranı cilovlaması lazımdır. Bütün bunlar davam edərkən ABŞ gözləyəcək və Çin gücünün parçalanmasını izləyəcək.

Çin İkinci Dünya Müharibəsindən sonra, bəlkə də, ilk dəfə olaraq genişlənmək və ən güclü super güc olmaq istəyindən narahat olan böyük ölkələrlə birbaşa qarşıdurmaya girdi. İttifaqlarla başlayan prosesi hərbi müharibələr izləyə bilər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Çin AUKUS

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Ən çox oxunanalar