Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçın dəhlizi ətrafında təlimlər: Rusların ardınca Azərbaycan və Türkiyə xüsusi təyinatlıları...

Ötən gün Müdafiə Nazirliyi o cümlədən Rusiya informasiya məkanında geniş rezonansa səbəb olan rəsmi məlumatla çıxış edərək bildirdi ki, “ikitərəfli hərbi əməkdaşlığa” uyğun olaraq Laçın rayonu ərazisində Azərbaycan və Türkiyə birgə hərbi təlimləri başlayıb. Döyüş atışlı taktiki təlimdə məqsəd, məlumatda deyildiyi kimi, döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

“Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib”,-məlumatda deyilirdi.

Nazirliyin yaydığı məlumata əlavə edilmiş fotolardan belə görünürdü ki, təlimlərə hər iki ölkədən xüsusi təyinatlılar da cəlb edilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabından yaydığı məlumatda isə belə deyilir: “Ulu və köklü bir çinarın budaqları olan Türkiyə və Azərbaycan “Bir Millət, İki Dövlət” anlayışı ilə tək yumruq olmaqda davam edir. Azərbaycan dəniz piyadaları ilə Türkiyə Silahlı Qüvvələrinin Komando Qolu 06-10 sentyabr 2021 tarixləri arasında Laçında “Ortaq Komando Əməliyyatı” təlimlərini icra edir”.

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri 44 günlük müharibənin ardınca xeyli intensivləşib və az qala hər həftə iki müttəfiq ölkənin hərbi qüvvələrinin hansısa birgə təlimlərdə iştirakı barədə xəbərlər yayılır. Məsələn, ötən həftə Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan qüvvələri personalının Ön Hava Nəzarəti təlimlərini başa vurduğunu açıqladı. Buna paralel olaraq hazırda Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə iştirakı ilə “Turaz Şahini-2021” təlimləri keçirilməkdədir. Eyni zamanda Azərbaycan və Türkiyənin sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqləri də bu günlərdə davam edir.

Lakin Laçında təlimlər xüsusi diqqət tələb edən məsələdir. Birincisi, ilk dəfədir işğaldan azad edilən ərazilərdə, xüsusən də keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin inzibati ərazisinə daxil olmuş Laçında Türkiyə hərbçilərinin iştirakı ilə birgə hərbi təlimlər keçirilir. İkincisi, təlimlərin nədən məhz Laçında keçirilməsinin mümkün səbəblərinə nəzər salmaq lazımdır.

Bir neçə gün əvvəl Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində Azərbaycan sərhədçisinə erməni hərbçilərinin bıçaqla hücum etməsinin ardınca Bakı bu yolu bağladı. Nəticədə Zəngəzurun bəzi kəndləri ilə Ermənistanın əlaqəsi kəsildi, o cümlədən İranla Ermənistanın quru əlaqəsi ciddi şəkildə məhdudlaşmış oldu. Rusiya tərəfinin iştirakı ilə üç gün davam edən danışıqlardan sonra Azərbaycan tərəfi yolun yenidən açılmasına razılıq verdi, amma ən azı iki yerdə sürəti minimuma endirmək üçün beton bloklar qoyuldu. Yəni erməni mənbələrinin də bildirdiyi kimi, Azərbaycan sərhədçiləri indi bu yolla kimlərin gedib-gəldiyini, nə daşıdıqlarını vizual olaraq yaxından müşahidə edə biləcək.

Qeyd edək ki, Gorus-Qafan yolunun bəzi hissələri hələ sovet dövründə Azərbaycan ərazisindən çəkilmişdi. 10 noyabr üçtərəfli bəyanatının imzalanmasının ardınca Azərbaycan ZəngilanQubadlı istiqamətlərində sovet dövrü sərhədlərini bərpa edəndə yolun bu hissələri də Azərbaycanın nəzarəti altına keçmiş oldu, amma Bakı alternativ yolun çəkilməsinə qədər Ermənistana aid nəqliyyat vasitələrinin yolda hərəkətinə icazə vermişdi.

Gorus-Qafan yolunun bağlı qaldığı günlərdə Ermənistanda və Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Azərbaycan ərazilərində ciddi təşviş hökm sürürdü. Və belə şaiyələr dolaşırdı ki, Azərbaycan Laçın dəhlizini də bağlaya bilər. Bakının Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında baş verənlərdən narazılığı, bölgəyə Laçın dəhlizi ilə silahların və canlı qüvvənin daşınması barədə məlumatlar fonunda belə şayiələr şübhəsiz ki, ermənilər arasında təşvişə səbəb olmuşdu. Və maraqlıdır ki, Gorus-Qafan yolunun yenidən açılmasının ardınca Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizində təlimlər keçirdilər. Bu təlimlərdə PUA-lara qarşı mübarizə məşqləri də edilmişdi.

Başqa sözlə, Rusiya sülhməramlı qüvvələrinin Laçın dəhlizində təlimlərini həm erməniləri sakitləşdirməyə, həm dəhlizin qorunduğuna yönəlmiş mesaj hesab edilə bilərdi.

İndi isə dəhliz ətrafında Azərbaycan və Türkiyə xüsusi təyinatlıları düşərgə salaraq təlimə başlayıb. Onlar çətin keçilən dağlıq ərazilərdə birgə döyüş əməliyyatlarının aparılmasını məşq edirlər və müasir döyüş texnikasını, vasitələrini sınaqdan keçirirlər. Son günlərin hadisələri fonunda bu birgə təlimlər güclü mesajdır və bu mesajın kimlərə ünvanlandığını da təxmin etmək çətin deyil...(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

UEFA Konfrans Liqası: "Sabah" səfərdə qalib gəlib - Yenilənib

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Emin Ağalarovun “Sea-Breeze”dəki evinin görüntüləri

Ağadadaş Ağayevin balta atdığı qadın ilk dəfə danışdı - Video

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Ən çox oxunanalar