Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağda yenidən müharibənin başlanma ehtimalı çox böyükdür” - Hərbi ekspert

Sərhəddə və sülhməramlıların nəzarətində olan ərazilərdə qarşısı alınmaz təxribatların törədilməsi mümkündür?..

“Əsas təxribatlar Qarabağda sülhməramlılar olan ərazidə ola bilər. Yəni Ermənistan sülhməramlıların arxasından Azərbaycana qarşı təxribat törədə bilər”.

“Əvvəllər ermənilər hardasa razılığa gedirdi. Amma indi vəziyyət tamamilə dəyişib. Bunu görə də Qarabağda yenidən müharibənin başlanma ehtimalı çox böyükdür”.

Bu sözləri hərbi ekspert Azad İsazadə sərhəddə yeni müharibəyə doğru gedən vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, ötən gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Nazirin orduya verdiyi son tapşırıqlardan görünür ki, Ermənistan tərəfindən yenidən təxribatlara hazırlıqlar barəsində Azərbaycanın əlində kifayət qədər məlumatlar var.

O da məlumdur ki, bu gün separatçı qurum "müstəqillik günü"nü qeyd etməyə hazırlaşır. Bəs Zakir Həsənovun keçirdiyi müşavirə nədən xəbər verir? Sərhəddə və sülhməramlıların nəzarətində olan ərazilərdəqarşısı alınmaz təxribatların törədilməsi mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Azad İsazadə ilə müzakirə edib.

Azad İsazadə: “İndi biz sərhəddə keçən ilin iyul, avqust aylarında olan vəziyyətə qayıdırıq. Beləliklə də vəziyyətə görə sentyabrda başlanan müharibəyə daha da yaxınlaşırıqi”.

Ermənistanın yeni müdafiə nazirin sərhəddə atəş açılmasına əmr verdiyini vurğulayan ekspert PİA.az-a bildirib ki, bu əmrə qədər istər Ermənistan tərəfi, istərsə də Azərbaycan tərəfi atıcı silahlardan elə də çox istifadə etmirdilər. Karapetyanın bu əmrindən sonra isə atıcı silahlardan istifadə intensiv xarakter alıb:

“Burada bəzi məqamları dəqiqləşməlidir. Bildiyimiz kimi Qarabağ, LaçınKəlbəcər sərhlədlərini Müdafiə Nazirliyi qoruyur. Qubadlıda isə sərhəddi sərhəd qoşunları qoruyur. Əsas təxribatlar Qarabağda sülhməramlılar olan ərazidə ola bilər. Yəni Ermənistan sülhməramlıların arxasından Azərbaycana qarşı təxribat törədə bilər və məqsədləri də təbii ki, Rusiyanı münaqişəyə cəlb edərək Azərbaycana qarşı alət kimi istifadə etməkdir.

Qeyd edim ki, Qarabağda qışda, yazda, yayın əvvəllərində silahsız təxribatlar olurdu. Avqustun ortasında Ermənistanda yeni müdafiə naziri təyin edildi. Yeni nazir də sərhəddə atəş açılmasına əmr verdi. Bu əmrə qədər istər Ermənistan tərəfi, istərsə də Azərbaycan tərəfi atıcı silahlardan elə də çox istifadə etmirdilər. Karapetyanın bu əmrindən sonra isə atıcı silahlardan istifadə intensiv xarakter alıb. Ermənistan odlu silahdan istifadə edəndən sonra Azərbaycan da təxribatların qarşısını almaq üçün silahdan istifadə etməyə başladı.

İndi biz sərhəddə keçən ilin iyul, avqust aylarında olan vəziyyətə qayıdırıq. Beləliklə də vəziyyətə görə sentyabrda başlanan müharibəyə daha da yaxınlaşırıq. Əvvəllər ermənilər hardasa razılığa gedirdi. Amma indi vəziyyət tamamilə dəyişib. Bunu görə də Qarabağda yenidən müharibənin başlanma ehtimalı çox böyükdür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Bakıda küçədən keçən qadına əxlaqsız təkliflər edən şəxsin görüntüləri

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Ən çox oxunanalar