Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İndi kiminsə kadrıdır deyə, mandatı “zanit” etməlidir?" - Könül İsmayılova

"Bu dövlətə, bu xalqa xidmət etmək istəyənlərin seçici səsini oğurlamasınlar"

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclis tərəfindən toxunulmazlıq hüququndan məhrum edilən millət vəkili Eldəniz Səlimov törətdiyi əmələ görə artıq Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb. Bu ərəfədə sosial mediada “Referendum keçirilsin, Parlament buraxılsın” kimi fikirlər daha geniş auditoriyalarda müzakirə mövzusu olub.

Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirdi ki, bu gün Eldəniz Səlimov kimi deputatlar cəzalandırılmasa, xalq bu özbaşınalığı dövlətin öz insanına laqeyd yanaşması kimi qəbul edəcək.

MMP sədr müavini qeyd etdi ki, baş verənlər bir daha göstərir ki, hazırda Parlamentdə seçici səsiylə deyil, təyinatla yer tutanlar oturub:

“Partiyamızın sədri də müsahibələrində dəfələrlə vurğulayıb ki, deputatların əksəriyyəti təyinatla Parlamentə yerləşdirilib. Təyinatla yerləşdirilənlər isə təbii ki, polisi də döyəcək, ona səs verən seçicisini də vecinə almayacaq. Məqsəd isə aydın görünür – Azərbaycan dövlətçiliyinə xələl gətirmək”.

K.İsmayılova bildirdi ki, Milli Məclis üzvlərinin bir çoxu nəinki seçiciləri tərəfindən, heç siyasilər tərəfindən də tanınmır:

“Əgər bu gün siyasətçi, ictimai xadim, hətta jurnalist “bu hansı deputatdı, tanımıram, üzünü də görməmişəm, bunu kim seçdi” deyirsə, parlamentin tərkibi haqqında bir daha düşünmək lazımdır. Baxırsan deputatlar iddia edirlər ki, Referenduma ehtiyac yoxdur, Milli Məclis buraxılmamalıdır. Məgər özləri bilmirlər ki, həmkarları arasında işini bilməyənlər də var? İndi kiminsə kadrıdır deyə, mandatı “zanit” etməlidir? Çəkilib öz biznesləri ilə məşğul olsunlar. Bu dövlətə, bu xalqa xidmət etmək istəyənlərin seçici səsini oğurlamasınlar”.

Qeyd edək ki, iyulun 29-da saat 01:00 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib. Artıq onun deputat toxunulmazlığının ləğvinə xitam verilib, Baş Prokurorluğun istintaq idarəsi tərəfindən saxlanılıb. Onun barəsində Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb. 

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Tehranın israrla “Zəngəzur dəhlizi”nə qarşı olmasının əsas səbəbləri nədir?

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

Paris Paralimpiadasının azərbaycanlı medalçılarına nə qədər mükafat veriləcək?

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

"Qarabağ" futbolçuların maaşlarını arıtırıb

Paşinyan hansı səbəbdən Azərbaycanla yarımçıq da olsa, sülh sazişi imzalamağa çalışır?

Ən çox oxunanalar