Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Feldmarşal Haftar Moskvaya öz adamlarını göndərib

Liviyanın bir hissəsinə nəzarət edən qiyamçı feldmarşal Xəlif Haftar Moskvaya nümayəndə heyəti göndərib. Bu haqda Haftarın başçılıq etdiyi Liviya Milli Ordusunun nümayəndəsi Xaled əl-Məcub bildirib. Nümayəndə heyətinin Moskvaya səfərinin məqsədi və detalları açıqlanmır. Sonuncu dəfə Haftar özü 2020-ci ilin yanvarında Moskvaya səfər etmişdi.

Onunla eyni vaxtda Liviyanın milli barışıq hökumətinin rəhbəri Faiz Sarac (hazırda baş nazir deyil) də Moskvaya gəlmişdi. Ehtimal edilirdi ki, onlar atəşkəs haqda razılaşma əldə edəcəklər, amma danışıqlar baş tutmamışdı və Haftar paytaxt Tripoliyə hücumları davam etdirmişdi. Lakin Türkiyənin Sarac hökumətinə dəstək verərək Liviyaya öz qüvvələrini göndərməsi və Haftarın ordusuna qarşı “Bayraktar”ları işə salması qiyamçı marşalın planlarını pozdu. O, daha sonra atəşkəsə razılaşmalı oldu. (virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Ən çox oxunanalar