Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfurə İbrahimovanın qardaşı qızı bibisi haqqında: “Bu öldü, yaxud it, vecimə deyil”

“84 yaşı var, yeyib-içib gəzib. Məni çürüdüb, bunun evində qalıram, imkansız adamam, məni yerdə yatızdırır. Deyirəm ki, ay bibi sənin bankda 300 mindən çox pulun var, yatmaq üçün bir çarpayı al”.

PİA.az xəbər verir ki, bu fikirlərin müəllifi mərhum Xalq artisti Səfurə İbrahimovanın qardaşı qızı Könül İbrahimovadır. Tanınmış aktrisa Məlahət Abbasovanın Könül İbrahimovanı mərhum Xalq artistinin ölümündə günahlandırmasından sonra, sonuncunun (Könül İbrahimovanın) gizli səs yazısı üzə çıxıb. Könül İbrahimovaya aid olduğu deyilən səs yazısında adıçəkilən şəxsin öz bibisinə ölüm arzuladığı açıq-aşkar eşidilir.

“Qonşu gəlir deyir ki, heç bir qohum bu qızdan başqa sənə sahib çıxmır. Deyirəm ay bibi mağazadan zoğal mürəbbəsi al içim. Mənə deyir ki, orada heyva mürəbbəsi var, götür ye. Buna məndən başqa heç kim baxmır. Gül kimi evim var, gedə bilmirəm. Məni düşünmür. Deyirəm pul ver gedim dərman alım. Milyonları yığmısan, çantasında 2-3 min pulu var, amma vermir. Bibim qızının övladı dərman alıb gətirir mənə. Ona görə də, “bu öldü yaxud it” vecimə deyil, fərqi yoxdur mənə” – Könül İbrahimova məxsus səs yazısında qeyd olunur.

Xatırladaq ki, Tanınmış aktrisa Məlahət Abbasova Xalq artisti Səfurə İbrahimovanın ölümündə onun qardaşı qızı Könül İbrahimovanı ittiham edib. M.Abbasova Könül İbrahimovanın xalq artistinin bankda olan 300 min manatını ələ keçirmək niyyətinin olduğunu iddia edib. (Konkret.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi yer açıqlandı

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Komitə: 4 uşağını küçəyə atdığı deyilən qadının kimliyi müəyyən olunub

Ən çox oxunanalar