Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış ekspertlər tələbə köçürülməsi üzərində “biznes” qurub

İyulun 12-dən etibarən tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsinə başlanılır. Məlum olduğu kimi, artıq bir neçə ildir ki, tələbələrin köçürülməsi Təhsil Nazirliyinin onlayn portalı vasitəsilə həyata keçirilir. Bu sistem köçürülmələrdə şəffaflığı təmin etmək, məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün yaradılıb. İnsafən, onun effektivliyini də ekspertlər ara-sıra qeyd ediblər. Ancaq hətta bu platformanın yaradılmasından sonra da hansısa işbazlar köçürmələrlə bağlı “biznes” qurmağa nail olublar. Təəssüflər olsun ki, tələbələrin köçürülməsi ilə bağlı dəllalların olması hiss olunur.

Sosial şəbəkələrdə bu işlə məşğul olan, tələbələri xüsusilə özəl universitetlərdən dövlət universitetlərinə köçürməyə həvəsləndirən tanınmış təhsil ekspertlərinin adı hallanır. Hətta bəzi sosial şəbəkə istifadəçiləri portal bağlandıqdan sonra da həmin adamların öz fəaliyyətini davam etdirdiklərini qeyd edirlər.

Bəs tələbə köçürülmələrindən kimlər, necə pul qazanır? Nəyə görə Qərb ölkələrində olduğu kimi universitetə qəbulun sadələşdirilməsi həyata keçirilmir?

Bu və digər açıq qalan suallara cavab tapmaq üçün təhsil ekspertinə, həmçinin universitetlərə müraciət etdik.

"Məktəb guşəsi" jurnalının və saytının baş redaktoru, təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli Bakupost.az -a bildirib ki, tələbələrin köçürülməsi onlayn qaydada aparılsa da, bundan istifadə edən işbazlar var:

“Artıq bir neçə ildir ki, tələbələrin köçürülməsi elektron formada həyata keçirilir. Lakin bundan məlumatsız olan insanlar da var. Bəzi işbazlar, yaxud təhsil ekspertləri də bunu fürsət bilib transfer.edu.gov.az-dan istifadə edərək, bir tələbənin hansı standartlara görə digər universitetə köçürülə biləcəyini təxmin edirlər. Yəni validenylərin, uşaqların məlumatsızlığından istifadə edərək belə bir oyunla məşğul olurlar. Bu kimi neqativ halların da hamısı köçürülmə prosesini icra edən Təhsil Nazirliyinin adına yazılır. Həqiqətdə isə bu sahə üzrə tanınmış, bir az ad çıxarmış ekspertlər valideynlərin, tələbələrin inamından istifadə edərək belə işlər görürlər.

Azərbaycanda yaxşı olardı ki, digər ölkələrin təcrübəsindən istifadə edərək imtahanlar liberallaşdırılsın. Bu qədər imtahanlara ehtiyac yoxdur. Uşaq artıq birinci sinifə gedəndə kiçik summativ, böyük summativ, aralıq, yarımillik qiymətləndirmələrdən keçir və nəhayət buraxılış, eyni zamanda qəbul imtahanlarında iştirak edir. Şagirdləri bu qədər imtahanla yükləməyə nə gərək var? Bizdə də digər Avropa ölkələrində, Gürcüstanda, Türkiyədə, Ukraynada olduğu kimi, imtahanla qəbul aradan qaldırılsın. Bu sahədə sərbəstlik yaranarsa, belə oyunbazlara da şərait olmaz. O zaman digər məsələlərin də həlli daha asan olar”.

Ekspert universitetlərdə plan yerlərinin düzgün qurulmadığını hesab edir:

“Bu məsələdə də fikir haçalanır. Düşünürəm ki, universitetlərdə plan yerləri düzgün qurulmayıb. Məsələn, mühəndis ixtisası üzrə 10-a yaxın universitet məzun buraxır. Bunlar dövlət səviyyəsində koordinasiya olunmalıdırlar. Abituriyent əvvəlcədən müəyyənləşdirməlidir ki, gələcəkdə işsiz qalmamaq üçün hansı səviyyədə ixtisaslaşsın”.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, tələbələrin köçürülməsi nazirlik səviyyəsində həyata keçirilir:

“Nazirliyin yaratdığı transfer.edu.az saytında tələbə öz məlumatlarını yazır, sualları cavablandırır və hara köçürülmək istəyirsə, onu qeyd edir. Orada müəyyən ixtisas uyğunluğu olmalıdır, bundan əlavə, tələbələr üçün digər şərtlər də var. Tələbənin köçürülməsi birbaşa onlayn qaydada həyata keçirilir. Belə olan halda heç bir saxtakarlıqdan, pul müqabilində köçürülmənin təmin edilməsindən söhbət gedə bilməz axı. Təhsil Nazirliyində bu işlə məşğul olan xüsusi şöbələr var, onlar bütün məlumatları araşdırır. Hansı tələbə şərtlərə uyğundursa, onlara da icazə verilir. Qəbul prosesində limit, say məhdudiyyəti yoxdu. Sadəcə burada ixtisas uyğunluğu olmalıdır. Ola bilər ki, tələbə bir universiteti seçsin, amma oxuduğu ixtisas orada olmasın. Digər məsələ isə hansı universiteti seçirsənsə, sizin balınız oranın giriş balından yüksək olmalıdır”.

Azərbaycan Dillər Universitetinin Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova isə qeyd edib ki, bu prosesə ali təhsil müəssisələri qəti şəkildə müdaxilə etmir:

“Tələbə köçürülməsində universitetlərin hansısa müdaxiləsi ola biləz. Bu, universitetlik məsələ deyil, Təhsil Nazirliyi özü həyata keçirir. Prosesin əsas şərtlərindən biri odur ki, tələbənin topladığı bal köçürülmək istədiyi universitetdəki ixtisasın balından aşağı olmamalıdır. Qəbulla bağlı planlar oktyabr-noyabr aylarında Təhsil Nazirliyinə göndərilir. Universitet olaraq əmək bazarının tələblərinə uyğun şəkildə təkliflərimizi veririk. Təhsil NazirliyiNazirlər Kabineti onu ya təsdiqləyir, ya da müəyyən dəyişikliklər edir. Yəni onların təsdiqi əsasında qəbulumuz həyata keçirilir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Ən çox oxunanalar