Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov transfer etmək istədikləri futbolçuların ölkələrini açıqladı 

"9-10 gündür ki, yeni mövsümə hazırlıq prossesləri gedir".

Bunu lent.az-a müsahibəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın hazırlıq prosesi barədə məlumat verərkən deyib.

Təcrübəli mütəxəssis bütün diqqətlərini yeni yaradılan Konfrans Liqasına yönəltdiklərini və bu yöndə çalışmalar apardıqlarını söyləyib: "Turnirin ilk ilində biz də mübarizə aparacağıq. Hələ ki, çempionat barədə tam düşünmürük. Bütün fikirlərimiz Konfrans Liqasına yönəlib. Düzdür, komandanı tam formalaşdırmamışıq. Bəzi transferləri gözləyirik. Yaxın vaxtlarda bir neçə oyunçu almağı düşünürük. Hələ başlanğıc mərhələsindəyik. İstədiyimiz heyəti formalaşdırdıqdan sonra işimiz daha asan olacaq".

Qurban Qurbanov yay fasiləsində neçə transfer etmək istədiklərinə də aydınlıq gətirib: "Planımızda 4-5 nəfər var. Görək, hansını əldə edəcəyik. Adları açıqlaya bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, siyahımızda çox ölkədən futbolçu yer alıb. Məsələn, İspaniya Sequndası, Fransa, Belçika, Portuqaliyadan danışıq apardığımız oyunçular var. Həmçinin siyahımızda braziliyalı futbolçuların da adlarına rast gəlmək olar".

49 yaşlı çalışdırıcı maraqlandıqları futbolçuları birdəfəlik transfer etmək istədiklərini sözlərinə əlavə edib: "Amma bəzilərini icarəyə götürə də bilərik. Çünki elə dönəmdəyik ki, bizə futbolçu lazımdır. Ötən illə müqayisədə dəyişikliklərimiz oldu, çox futbolçu getdi. Bəziləri millidə, bəziləri bizdə zədə aldı. Ən vacib məqam odur ki, bizim istədiyimiz futbolçu olsun. Ola bilər ki, komandada 5-10 artıq futbolçu yer alsın. Amma bizim istədiklərimiz olmadıqda hansısa problem yaranır. Planımızda olanları əldə etmək üçün də böyük məbləğ tələb olunur. Bəzən ölkə standartlarını aşırıq, amma yenə də həmin oyunçuları gətirə bilmirik. Onlar çempionatımızla, komanda ilə maraqlanırlar. Xüsusən də, perspektivli futbolçuların bura gəlməsi bir az problem yaradır. Onlar daha səviyyəli çempionatda iştirak etmək istəyirlər".

Ağdam klubunun çalışdırıcısı azarkeşlərin transfer tələblərini qarşılamaq üçün əllərindən gələni etdiklərini bildirib: "Azarkeşləri də anlayıram. Çox deyirlər ki, transfer etmirik. Transfer dönəminə həddindən artıq çox vaxt sərf edirik. Əldə eləmək istədiyimiz futbolçulara, loru dildə desək, yaxın düşmək olmur. Hərənin öz kateqoriyası var. Həmin kateqoriyadan kənara çıxanda istər-istəməz gətirə bilmirsən, problemlərlə üzləşirsən. Hamımız bilirik ki, bizim kimi ölkələr sərbəst futbolçu axtarır. Belə oyunçu əldə etmək isə çətindir. Bəzən kənardan deyirlər ki, Afrikadan, Braziliyadan gənc, perspektivli futbolçu tapmaq olar. Bunu biz də düşünürük. Amma digər ölkələrin də, klubların da xeyli sayda skautları var. Onlar bir az perspektivli oyunçu olan kimi tez əldə edirlər. Bizə gəlib çatmır. Bu dəqiqə çox çətindir. Qiymətlər, ümumiyyətlə, böyük rol oynayır. Futbolçunu maaşı məsələsində razı sala bilirik, çətini klubu ilə anlaşmaqdır. Biz hələ o səviyyəyə çatmamışıq ki, futbolçunun maaşı ayrı, transfer büdcəsi ayrı olsun. Əvvəllər azad agent gətirmək daha asan idi. İndi bütün klublar həm daha çox təcrübə toplayıb, həm də daha ağıllı davranırlar. Oyunçularla 3-5 illik müqavilə bağlayırlar ki, bəyənmədikləri zaman hansısa kluba icarəyə verib pul qazansınlar. Yerli futbolçu yetişdirməyə ehtiyac var. Əfsuslar olsun ki, ölkə futbolu hələ də o səviyyəyə çatmayıb".

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Ən çox oxunanalar