Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşanın kəndlərinə gələn Arayik yenə sərsəmlədi: “Ölənə qədər..."

Qondarma rejimin başçısı Arayik Harutyunyan Şuşanın 4 kəndində olub.

Yenisabah.az erməni mətbuatına istinadən xəbər verir ki, Harutyunyan bu zaman erməni kəndlilərinə bir sıra vədlər verib. Separatçı rejimin başçısı “dağıdılan” evlərin təmir ediləcəyini, işğal dövründə Laçın və digər Azərbaycan ərazilərində yaşamış ermənilər üçün yeni evlərin tikiləcəyini deyib:

“Xin Şen kəndində ən az 250 nəfər, Yehtsox kəndində isə ən az 300 nəfər yaşamalıdır. Strateji proqramlar barədə düşünmək lazımdır. Sabah yeni su təchizatı sistemi qurmağa başlayacağıq və tezliklə kənd evlərinin təmirinə başlayacağıq. Bundan əlavə, qaçqınların yerləşməsi üçün 15 yeni ev tikiləcək”.

Şuşanın hazırda ermənilər yaşayan kənlərindən birinə “başçı”lıq edən Samvel Sarkisyan isə Harutyunyanla görüş zamanı kənd sakinlərinin digər ərazilərdən çıxarılan ermənilərə bağışlamaq istədiyi 18-20 evin olduğunu bildirib:

““İndi harada olsalar da, - Yerevanda, Xankəndində və ya başqa bir yerdə, - dövlətin dəstəyi ilə bu evləri təmir etməyə və təhvil verməyə hazırıq. Bu torpaq uğrunda mübarizə apardıq. Ölənə qədər burada qalmalı və mübarizə aparmalıyıq. Biz burada yaşayacağıq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar