Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsində iştirak edən 4 qardaş haqqında film çəkilib

44 günlük Vətən müharibəsinin iştirakçısı olan dörd qardaş - Səməd, Elnur, Kamran və Afiq Hüseynovlar haqqında sənədli film çəkilib.

“Dörd qardaşın dastanı...” adlanan ekran əsərində onların qəhrəmanlığı, keçdikləri döyüş yolundan danışılır.

Azərbaycantelefilm”in istehsalı olan filmin çəkilişləri əsasən Tovuz rayonunun ərazisində, xüsusilə Dondarquşçu kəndində aparılıb. Tovuz rayon İcra Hakimiyyəti və Qarabağ müharibəsi veteranı, deputat Arzu Nağıyevin dəstəyi ilə çəkilən filmin senari müəllifi və rejissoru Elnurə Kazımovadır. Redaktoru Sadıq Elcanlı, direktoru Sahib Heybətovdur.

Filmin yaradıcı heyətinə Elxan Rüstəmov, Elşən Bədəlov (operatorlar), Azər Kərimov (dron operatoru), Yaqub Həsənov (montaj rejissoru), Ceyhun Ağayev (səs rejissoru), Əliabbas Qasımov, Fərid Rəsulov (səs operatorları), Vəfa Bağırova (komputer qrafikası), Məlahət Əhməd (produsser) və başqaları daxildir. Mətni Toğrul Səfərov və Gülnar Səma oxuyub.

Filmdə Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin arxiv materiallarından istifadə olunub.

Qeyd edək ki, üçü ixtisaslı zabit, biri müddətdən artıq xidmət edən qulluqçu olan qardaşların ataları Mahir Hüseynov da Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olub. Səməd, Elnur, Kamran Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunu kimi Vətən müharibəsində hava hücumundan müdafiəni təmin edən qəhrəmanlardan olublar. Afiq isə Murovda artilleriyaçı sürücü kimi hərbi silah-sursatın çatdırılmasında xüsusi fədakarlıq göstərib. Filmdə qardaşların döyüşlərdə göstərdiyi müstəsna xidmətlər, Vətən müharibəsi zamanı körpəsindən yaşlısına kimi insanlarda olan Vətən sevgisi, vətən eşqi işıqlandırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı    

Ən çox oxunanalar