Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Arif Babayev o görüntüləri efirə verməyimi istəmədi" - Lalə Azərtaş

“Mən Arif Babayevin ailəsinə yutub layihəm üçün qonaq getmişdim. Həm də sənətkarın 83 yaşı tamam olurdu, çəkiliş edirdik. O bir söz dilə gətirdi, dedi ki, mən bu həyatda bütün arzularıma çatmışam, amma bir arzum var ki, Ağdama yenidən qədəm qoyum. Şükür ki, qələbə xəbərini eşitmişəm, amma Allah mənə ömür versin o torpağa da gedib çıxa bilim. Arif müəllimgildən çıxan kimi tez-tələsik Xəzər telekanalının rəhbəri Murad Dadaşov və Mədəniyyət nazirliyinin rəsmiləri ilə əlaqə saxladıq, onlar dərhal bizim bu istəyimizə isti münasibət göstərərək, bunun həlli istiqamətində işlərə başladılar”.

PİA.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında teleaparıcı Lalə Azərtaş deyib. O daha sonra əlavə edib.

“ Şükürlər olsun ki, Allah bizə icazə verdi, biz bunu yerinə yetirə bildik. Düzdü, Ağdamı görmək istəyənlər çoxdur, digər sənətkarlarımız da var ki, öz bölgələrinə getmək istəyirlər, təbii ki, istəyərik bunların hamısında vasitəçi olaq. İnşallah olacağıq da. Amma Arif Babayev bizim çox böyük sənətkarımız, Şərəf, Şöhrət, İstiqlal ordenli xanəndəmizdir. Həm də böyük bir nəslin ağsaqqalıdır. Buna görə də onun bu arzusu bizim üçün çox önəmli idi. Mənim bu çəkilişdə efirə vermədiyim bir görüntü oldu. Oranın havası dəyişən kimi Arif Babayev oxumağa başlayırdı. Bilirsiz ki, o çoxdandır oxumurdu. Amma Arif Babayevin öz istəyi olmadı deyə mən həmin yeri efirə vermədim. Efirdən saxladığım təkcə məqam bu idi. Çalışdım ki, hər bir şeyi bu filmə sığdırım” deyə aparıcı bildirib.

Teleaparıcı yeni layihələrdən də danışıb.

“ Əslində bizim çox maraqlı layihələrimiz olacaq. Həm işğaldan azad edilmiş ərazilərimizlə bağlı, həm də sənətkarlarımızla, incəsənətin digər qolları ilə bağlı araşdırmalar. Sənətkarlarımızı da doğma torpaqlarına aparmağı düşünürük. Həqiqətən də ordakı hisslər tam başqadır, sözlə ifadə olunmaz. Buna görə də həmin verilişləri lentə alıb, daha sonra tamaşaçıya təqdim etmək lazımdır. Biz çalışacağıq ki, bu layihəni davam etdirək” deyə Lalə Azərtaş deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Zəngilan və Qubadlıdan olan seçicilərdən müraciət: “Biz öz səsimizi, öz deputatımızı qorumağa hazırıq!..”

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay