Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni hərbçilər Paşinyanı əsassız ittihamlara son qoymağa çağırdılar

Ermənistanın Silahlı Qüvvələri bəyanat yayaraq ölkənin baş naziri Nikol Paşinyanı əsassız ittihamlara son qoymağa çağırıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bəyanatın mətnini Baş Qərargahın nümayəndəsi Samvel Asatryan feysbukdakı səhifəsində paylaşıb.

"Bizim xalqımızın oğullarından ibarət olan Silahlı Qüvvələr heyəti milli təhlükəsizlik təhdidlərini əvvəlcədən görərək Silahlı Qüvvələrin vəzifəli şəxslərinin ünvanına əsassız ittihamları yolverilməz hesab edir və təkidlə buna son qoymağa çağırır”, - bəyanatda deyilir.

Silahlı Qüvvələrin rəhbərliyi bəyanatda ölkədəki vəziyyətə dair əvvəlki qiymətləndirməsini təsdiqləyib. Baş Qərargah vurğulayıb ki, Silahlı Qüvvələri siyasi proseslərə cəlb etmək cəhdlərinə baxmayaraq, hərbçilər “qətiyyətli, ağıllı və qətiyyətli”dirlər.

"Mövcud vəziyyət Silahlı Qüvvələrin yalnız dövlət maraqlarını rəhbər tutduğunu, Ermənistan Respublikası Konstitusiyasının normalarına əsaslanaraq yalnız öz xalqlarına xidmət etdiyini sübut edir”, - bəyanatda vurğulanır.

Daha əvvəl Ermənistanın baş naziri iddia edib ki, respublikanın Silahlı Qüvvələrinin Baş Qərargahının onun istefası haqqında bəyanatı ölkənin sabiq prezidenti Serj Sarkisyanın təsirinin nəticəsidir. Nikol Paşinyan vurğulayıb ki, Silahlı Qüvvələrin Baş Qərargahının rəhbəri qanunu pozub və vəzifəsini tərk etməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar