Çərşənbə, 14 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göyçayda qətl törədərək qaçan şəxsin kimliyi müəyyən edilib

Ötən gün saat 11:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində rayonun Yalman kənd sakini, 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğlunu bıçaqlayan şəxsin adı məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisəni törədərək qaçıb gizlənən Göyçay şəhər sakini Ruslan Xəlilovun tapılaraq istintaqa təhvil verilməsi üçün rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məlumata görə, Ruslan Xəlilov qətl hadisəsini Heydər Əliyev prospektində yerləşən və özünə məxsus ərzaq mağazasının qarşısında törədib. Yalman kənd sakini, bir uşaq atası Polad Salehov isə həmin ərazidə ailəsi ilə birgə kirayədə yaşayırdı. Onların arasında davanın hansı səbəbdən baş verdiyi dəqiq məlum deyil.

Qeyd edək ki, bud nahiyəsindən bıçaq xəsarəti alan Polad Salehov təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə aparılıb. O, çoxlu qan itirdiyi üçün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Qarabağ” rəqibini darmadağın edərək Çempionlar Liqasının “play-off” mərhələsinə yüksəlib

5 ölkədən İrana xəbərdarlıq: “Hücum etsə, qarşısında bizi görəcək”

Nigar Arpadarai tənqid atəşinə tutuldu: “Üç ildir gözləyirik, daha gəlməsin...”

Paytaxtın bu ərazilərində suyun verilmə rejimində dəyişiklik ediləcək

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Eminin anası əkizlərdən danışdı - "Heç gözləməzdim ki..."

Kurskda rus ordusunun “yağlı fiqurları” əsir götürüldü

Blinken İranın cavab tədbirlərinə görə Yaxın Şərqə səfərini təxirə salıb

Zəngilan və Qubadlıdan olan seçicilərdən müraciət: “Biz öz səsimizi, öz deputatımızı qorumağa hazırıq!..”

Akademik Rafael Hüseynov Hacıqabul şəhərində seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay