Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdarələrarası Mərkəzdə “Enerji təminatı məsələləri” üzrə İşçi Qrup yaradılıb

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın tərkibində İdarələrarası Mərkəz və müvafiq sahələr üzrə İşçi Qrupları fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad olunmuş ərazilərdə “Yaşıl enerji” konsepsiyasının tətbiqi, enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı konkret vəzifələr müəyyən edib, zəruri tapşırıqlar verib.

"Report"un xəbərinə görə. dövlət başçısının tapşırığını rəhbər tutaraq, İdarələrarası Mərkəzdə “Enerji təminatı məsələləri” İşçi Qrup yaradılıb.

Bu istiqamətdə İdarələrarası Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, "Azəriqaz“ İB-nin baş direktoru Ruslan Əliyev, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə İşçi Qrupun iclası keçirilib.

Tədbirdə bu sahədə fəaliyyət göstərən qurumların işğaldan azad olunmuş ərazilərdə birgə koordinasiya olunmuş fəaliyyətinin təmin edilməsi, yaşıl enerji zonasının yaradılması məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə, ekoloji normaların gözlənilməsi və s. kimi məsələlər müzakirə edilib, görüləcək işlər və atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar