Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Balasanyan niyə Qarabağada rahat gəzir?” - Hadrut təxribatının arxasında qondarma qurum dayanır...

Azərbaycan niyə konkret vaxt verərək bütün silahlı ermənilərin silahlarını sülhməramlılara təhvil verməsini tələb etmir?..

İlqar Vəlizadə: “Hadrut hadisəsi Laçın dəhlizinin Azərbaycan-Ermənistan dövlət sərhədinə çevrilməsi əsas verir”.

“Nə qədər ki, Balasanyan, Araik Arutyunyan kimi quldurlar Qarabağa rahat gedib gəlirlər onlar Azərbaycana qarşı belə təxribatları törədəcəklər”.

Bu sözləri politoloq İlqar Vəlizadə dünən Hadrutda törədilən növbəti təxribatın səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Hadrut qəsəbəsində yenidən ermənilərinin hücumu oldu və şəhidimiz də var. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

“Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.

Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir”, deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildiriılir.

Bəs Azərbaycan niyə konkret vaxt verərək bütün silahlı ermənilərin silahlarını sülhməramlılara təhvil verməsini tələb etmir? Həmçinin Hadrut hadisəsi Laçın dəhlizinin Azərbaycan-Ermənistan dövlət sərhədinə çevrilməsi və sərhəd qoşunlarının nəzarətinə keçməsi üçün əsas verirmi?

Növbəti Hadrut təxribatını PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Balasanyan niyə Qarabağda rahat gəzir? Onunla bağlı sülhməramlılar niyə hansısa tədbir görmür?”.

Bu əməliyyatların əvvəlcədən hazırlanmış plan üzrə həyata keçirildiyini düşünən politoloq PİA.az-a bildirib ki, planın arxasında da seperatçı qüvvələr dayanır. Burada ən təhlükəli məsələ odur ki, Balasanyan kimi quldur hələ də Qarabağdadır və bu işlərin arxasında da Balasanyan dayanır:

“Bu məsələ ilə bağlı çoxlu suallar var və hesabat edirəm ki, yaxın günlərdə bununla bağlı rəsmi açıqlamalar olacaq. Çox güman ki, erməni silahlıları Qarabağda plansız işləmir. Yəni onlar hansısa hərbi plan üzərində işləyirlər. Bu əməliyyatlar əvvəlcədən hazırlanmış plandır və planın arxasında seperatçı qüvvələr dayanır. Burada ən təhlükəli məsələ odur ki, Balasanyan kimi quldur hələ də Qarabağdadır və çox güman ki, bu işlərin arxasında da Balasanyan dayanır.

Qeyd edim ki, Balasyanın da ağaları var və o onların tapşırıqlarını yerinə yetirir. Bu məsələyə aydınlıq gətirilməlidir. Ümumiyyətlə Balasanyan niyə Qarabağda rahat gəzir? Onunla bağlı sülhməramlılar niyə hansısa tədbirlər görmür? Nə qədər ki, Balasanyan, Araik Arutyunyan kimi quldurlar Qarabağa rahat gedib gəlirlər onlar Azərbaycana qarşı belə təxribatları törədəcəklər. Burada sülhməramlıların konkret işləri olmalıdır.

İlqar Vəlizadə: “Azərbaycanın ümidi Türkiyə-Rusiya monitorinq mərkəzinədir. Monitorinq mərkəzi işə başlayandan sonra bu cür təxribatların qarşı əvvəlcədən alınacaq”.

Xatırladım ki, ermənilər partizan müharibəsindən dəm vururdular və indi onların etdiyi bu hərəkətlər partizan müharibənin bir hissəsidir. Bəs Rusiya tərəfi niyə ermənilərə imkan verir ki, onlar bu cür partizan müharibəsi aparırlar? Bütün bu suallara aydınlıq gətirilməlidir. Azərbaycanın ümidi Türkiyə-Rusiya monitorinq mərkəzinədir. Düşünürəm ki, monitorinq mərkəzi işə başlayandan sonra bu cür təxribatların qarşı əvvəlcədən alınacaq.

Hadrut hadisəsi Laçın dəhlizinin Azərbaycan-Ermənistan dövlət sərhədinə çevrilməsi üçün əsas verir. Düşünürəm ki, rus sülhməramlıları ilə birgə Azərbaycan əsgəri də orada olmalıdır. Deyirlər ki, Laçından Qarabağa silah-sursat aparılıb. Amma burada bir məsələ var ki, Dağlıq Qarabağın özündə də kifayət qədər silah-sursat qalıb. Yəni Qarabağın müxtəlif yerlərində silah anbarlar və silahlı şəxlər qalıb.

Hesab edirəm ki, Laçın dəhlizində Azərbaycanın məntəqə, ya da post olmalıdır ki, silah-sursat rahatlıqla Ermənistan tərəfindən daşınmasın”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Ərdoğan: BMT Təhlükəsizlik Şurasının strukturunu kökündən dəyişdirmək lazımdır

Sabirabad və Suraxanı rayonunun bir hissəsində qaz olmayacaq

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay