Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanov Xudayar Yusifzayəyə şeir həsr etdi - Video,Yenilənib

Video Əlavə olunub

***

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Azərbaycan Bayrağı” ordeni ilə tətlif olunmuş Xudayar Yusifzadəyə şeir həsr edib.

Xudayar Yusifzadə döyüş yoldaşlarının əhatəsində “Vətən yaxşıdır” mahnısını ifa etməsi ilə soaial şəbəkələrdə məşhurluq qazanmışdı. Bundan bir neçə gün sonra o, Zənəgilan uğrunda gedən döyüşlərdə şəhid olmuşdu.

PİA.az Modern.az-a istinadən həmin şeiri təqdim edir:

Duman gəldi, dağ dumanda əridi,

Yağı düşmən ətrafları bürüdü.

Ana yurdun bülbül səsli igidi,

Nəğmələrin Səndən qaldı yadigar,

Şəhid balam, şəhid oğlum, Xudayar!

***

Sən daşıydın , torpağıydın Vətənin,

Ağacıydın, budağıydın Vətənin,

Nəğməli bir qonağıydın Vətənin,

Sən gedəli o dağlara yağdı qar,

Şəhid balam, şəhid oğlum, Xudayar!

***

Unudarmı oba Səni, el Səni ?!

Unudarmı çəmən, çiçək, gül Səni?!

Unudarmı duman Səni, çən Səni ?!

Hər ürəkdə Sənin üçün xeymə var ,

Şəhid balam, şəhid oğlum, Xudayar!

***

Dastan deyib, dastan olan igidim,

Döyüşündə aslan olan igidim,

Şəhidliklə zirvə tutan igidim,

Ruhun cənnət, yerin olsun laləzar,

Şəhid balam, şəhid oğlum, Xudayar!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

MSK Milli Məclisə seçkilərdə lider namizədlərin adlarını açıqlayıb

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - Yenilənib

Bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə edilib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezidentin siyasətini dəstəkləyənlər bu seçkidə daha uğurlu nəticə göstəriblər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay