Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dərman Agentliyi "BionTech" və "Pfizer"in koronavirus əleyhinə peyvəndindən istifadəni təsdiqlədi

Avropa İttifaqının (Aİ) Dərman Agentliyi "BionTech" (Almanoya) və "Pfizer" (ABŞ) şirkətlərinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı birgə hazırladığı peyvəndin istifadəsini təsdiqləyib.

PİA.az-ın xəbərinə görə, bu barədə Aİ-nin Dərman Agentliyinin baş direktoru Emer Kok mətbuat konfransında bildirib.

“Bu, elm adamları, sənaye, tənzimləyicilər, səhiyyə işçiləri və dünyadakı xəstələr arasında misilsiz səfərbərlik və məlumat mübadiləsinin nəticəsidir. COVID-19 peyvəndinin yoxlanılıb qiymətləndirilməsində iştirak edən Avropa İttifaqına bütün üzv dövlətlərdən cəlb olunan çox sayda mütəxəssisin və Agentlikdəki həmkarlarımın pərdə arxasındakı yorulmaz əməyini vurğulamaq istəyirəm. Dərman Agentliyinin elmi qiymətləndirməsi peyvəndin təhlükəsizliyi, keyfiyyəti və effektivliyinə dair elmi dəlillərin gücünə əsaslanır. Dəlillər inandırıcı şəkildə göstərir ki, peyvəndin faydaları onun risklərindən daha böyükdür”, - deyə baş direktor qeyd edib.

Xatırladaq ki Avropa Komissiyasının prezidenti Ursula von der Leyen dekabrın 27-dən etibarən Aİ ölkələrində peyvəndləmə kampaniyasının başlayacağını bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Rusiyanın ən böyük hərbi yük təyyarəsi müəmmalı şəkildə İrana eniş edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay