Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbovun 25 ili: İyirmi birinci əsrin Naxçıvan Xanlığı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Muxtar Respublikaya rəhbərliyinin 25 ili tamam olur.

O 1995-ci il dekabrın 16-dan NMR-na rəhbərlik edir. V. Talıbov bu vəzifəyə təyin olunarkən 35 yaşı vardı, indi isə 60 yaşındadır.

Talıbovun 25 illik hakimiyyəti dövründə onun ən müxtəlif qərarları nəinki Naxçıvanda, bütün Azərbaycanda siyasi mübahisələrə səbəb olub, mediada günlərlə müzakirə edilib. Məsələn onun yas mərasimləri ilə bağlı qadağaları hələ illər öncə böyük səs-küyə səbəb olmuşdu. Amma sonradan həmin prinsiplər şərti olaraq “Naxçıvan modeli” adı aldı və ölkənin digər bölgələrində də tətbiq olundu.

Və yaxud Sovet dövründən yadda qalan iməclik adət-ənənələrinin yaşadılması, ictimai nəqliyyatla bağlı tətbiq olunan qaydalar  Talıbovun şəxsi düşüncəsinin məhsulu idi. Xalq üzərində ciddi nəzarətin olması və demokratik təsisatların sıradan çıxarılması, söz azadlığının minimum səviyyədə olması isə Naxçıvanın anklavda olması və yalnız bu yolla bölgədə erməni təxribatlarının qarşısının alınmasının mümkünlüyü ilə izah olunurdu.

V. Talıbov həm də Azərbaycan parlamentinin deputatıdır. Maraqlıdır ki, o hər zaman seçkilərdə ən böyük səs faizi ilə qalib gəlir. Məsələn bu ilin əvvəlində keçirilən parlament seçkilərində 94.6 faiz səslə deputat olub. Heç ölkənin birinci şəxsi İlham Əliyevin bütün seçki tarixi boyunca bu qədər səs üstünlüyü ilə qalib gəldiyi elan olunmayıb.

Bütün bu qeyri-adi və bir sıra hallarda da sərt qərarları Talıbov haqqında “Naxçıvan Xanı” ifadəsini formalaşdırıb.

Onun yaxın zamanlarda vəzifədən uzaqlaşacağı haqda da son vaxtlar mediada xəbərlərə rast gəlinir. Öz yerinə isə kiçik oğlu Seymur Talıbovu varis kimi hazırladığı iddia olunur. (Yeni Sabah)

pia.az 


Etiket: Vasif Talıbov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Ən çox oxunanalar