Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Covid-19 peyvəndi bir qrup elitanın yeni soyuq silahıdır?..

“Yaxın gələcəkdə bəşəriyyətin taleyinə bir qrup qərar verəcək. Telefonlarımız və ya kompüterlərimiz deyil, beyinlərimiz “hack”lənəcək. Biz düşüncə qabiliyyətinə sahib olan son nəsilik”...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 16 dekabr 2020-ci il

Gəlin bu gün ABŞ-ın S-400 sanksiyalarına və Covid-19-un səbəb olacağı smart (ağıllı) pasportdan danışaq. Beləliklə, həm mübarizəni, həm də bu mübarizənin tərəflərini başa düşə bilərik.

Türkiyə Rusiyadan S-400 hava müdafiə sistemləri aldığı üçün ona CAATSA, yəni ABŞ-ın Düşmənlərlə Sanksiyalar Yolu ilə Mübarizə Aparmaq Qanununu tətbiq olunub. Müdafiə Sənayesi Başçısı İsmayıl Dəmir də sanksiya siyahısına daxil edilib.

Qeyd etməliyəm ki, İsmayıl bəy Türkiyə üçün böyük əhəmiyyət daşıyır. Aldığı təhsil, qazandığı uğurlar və biliklər çox dəyərlidir. Sanksiyalara nəzər saldıqda bunun İsmayıl bəyin motivasiyasını qırmaq üçün edildiyi aydın olur. ABŞ İsmayıl Dəmiri yaxşı tanıyır və onu mərkəzə çəkir. İsmayıl bəyin və komandasının həvəsini qırıb, layihələrinin canlılığını bitirmək istəyirlər. Sanksiya tətbiqi Türkiyə üçün incə bir mesajdır. Bu, London-Pekin xəttinə meyil edən Ankaraya “artıq bizə tərəf gəl” deməyin başqa bir yoludur.

ABŞ dövlət katibi Pompeo keçən ay ərzində 7 ölkəyə səyahətə etdi. Birinci yerdə Fransa vardı. Makronla görüşüb, “Le Figaro”ya müsahibə vermişdi. “Türkiyənin artan hərbi qabiliyyəti narahatlıq doğurur”, dedikdən sonra İstanbula gəldi. Üstəlik, dövlətdən heç kimlə görüşmədi. Fənər Yunan Pravoslav Patriarxı Bartolomeos ilə görüşən Pompeo sonra da Rüstəm Paşa məscidinə getdi və Ayasofiyaya getməməklə “məscid qərarınızı qəbul etmirik” mesajını verdi. Sanksiyalara isə Makronla danışıqlar apararkən işarə etmişdi. Fransadan Türkiyəyə gəlib, sonra da Gürcüstan, İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanını ziyarət etmişdi. Yəni son anda belə Pompeo qlobal miqyasda Türkiyəni mühasirəyə almaqdan əl çəkməmişdi.

Pompeo Respublikaçıdır, lakin Baydenin “müttəfiqlərimizlə işləyəcəyik”, şüarı ilə hərəkət edir və getdiyi ölkələrlə də bunu göstərirdi. Təbii ki, dövlət ağlı da ön sırada gedir.

ABŞ, “sanksiya” gücündən istifadə edərək israrla Türkiyəyə “Rusiyadan ayrıl” mesaj göndərir. Qərardan sonra Pompeo da: “Türkiyə xəbərdarlığımıza baxmayaraq, Rusiyadan S-400 sistemləri aldı və sınaq işinə davam etdi. Rusiyanın müdafiə sektoru ilə belə önəmli fəaliyyətlətə dözməyəcəyik”, deyə açıqlama verib.

İndi Vaşinqtona Türkiyənin Qərbə qayıtması üçün gözləyir. Əgər Türkiyə bu yolda qərarlı şəkildə davam etsə, gərginlik daha da artacaq. Üstəlik, Avropa Birliyi də bu işdə iştirak edəcək. Həm Merkel, həm də Makron əvvəlcə ABŞ-ın addım atmasını gözləyirdi. ABŞ gərginliyi artıran kimi Avropa da sanksiyalarla səhnəyə çıxacaq.

Ankara bütün bunlara hazırdır. Vəziyyət belə davam edərsə, London-Doha-Pekin xəttindən ciddi kömək gəlməlidir. Çünki nizam belədir. Bununla birlikdə, durum ABŞ-ın öz qətiyyətini göstərməsi baxımından da əhəmiyyətlidir. İndi Avropanı diqqətlə izləmək lazımdır. Görək Baydenin elan etdiyi ABŞ-AB xoru nə vaxt səhnəyə çıxacaq? Çindən başlayan ittifaqın Rusiya, İran, Türkiyə üzərindən Yaxın Şərq və Afrikadan çəkilməsini istəyəcəklər.

Yeri gəlmişkən, bəzi xəbərləri də qeyd etmək lazımdır. Mərkəzi İsveçrədə olan təhlükəsizlik firması “SICPA” Fransanın səhiyyə üzrə məlumat platforması olan “OpenHealth” və mərkəzi Estoniyada olan blok şəbəkəsi “Guardtime” Covid-19 sağlamlıq pasportunu təkmilləşdirmək üçün bir birlik qurub.

Bu pasport sağlamlığı idarə etmək və əhalinin immun səviyyələrini izləmək üçün hazırlanıb. “SICPA” təhlükəsizlik sənədləri və əskinaslar üçün mürəkkəb təmin edir. “OpenHealth”in 20 milyon xəstədən ibarət bir məlumat bazası var. “Guardtime”ın blok şəbəkəsi təklifi isə Estoniya hökuməti tərəfindən istifadə olunur.

Başqa sözlə, pandemiya ilə mübarizə apararkən hər yerdə əsas xəbər peyvəndlə əlaqədardır. “Hansı vaksin daha yaxşıdır?” sualı, bəlkə də, ən çox istifadə olunan qəlibdir. Məsələn, “Pfizer-BioNTech”, “AstraZeneca”, “Sputnik V”, “Moderna” və s. peyvəndlər. Epidemiyadan sonrakı əsas məsələ vaksindir.

Onsuz da ABŞ-ın keçmiş prezidentlərindən tutmuş Bil Qeytsə qədər hər kəs peyvənd etdirəcəyini elan etmişdi. Lakin mediada özlərinə yer tapa bilmədikləri üçün səslərini eşitdirə bilməyən alimləri heç kim dinləmir. Peyvəndə heç kim qarşı çıxmır və çıxmamalıdır. Lakin blok şəbəkəsi inteqrasiyası ilə hamını pasportundan və sertifikatından kimsə izləyəcək. Heç kim xəbərsizdir çay içməyə belə gedə bilməyəcək. İntimlik deyə bir şey olmayacaq.

Həmçinin, bəzi qruplar və dairələr bundan kənarda qalacaq. Sadə vətəndaş heç vaxt kimə və nə sertfikat verildiyini bilməyəcək. Elitalar peyvənd edilmədən pasport aldığı halda, məlumat paylaşmadan pasportu olduğu halda, sadə insanlar peyvənd kartı olmadan və sertifikat almadan addım ata bilməyəcək və beləliklə, “kastalar” yaranacaq.

2018-ci ildə Cüneyd Zapsu orada bir müsahibə vermişdi. Zapsu çox ağıllı, geniş əlaqələri olan və dünyanı çox yaxşı qavrayan bir şəxs idi. Onun sözlərinə görə: “Biz normal olan son insan nəsliyik. Bil Qeyts smartfonları 1990-cı illərin əvvəllərində dilə gətirmişdi. 15 il əvvəl Davosda kök hüceyrə gündəmə gəlmişdi və hələ heç kim bilmirdi. Bura dolların nə olacağı barədə danışacağınız bir yer deyil. Yaxın gələcəkdə bəşəriyyətin taleyinə bir qrup qərar verəcək. Telefonlarımız və ya kompüterlərimiz deyil, beyinlərimiz “hack”lənəcək. Biz düşüncə qabiliyyətinə sahib olan son nəsilik”.

Davosda yaxasında Türkiyə bayrağı ilə gəzən bir adam bunları demişdi.

Covid-19 bu səbəbdən icad edildi. Hər kəsi dəyişdirmək, kiçik bir elitanın hegemoniyası üçün ortaya atılan süni bir problemdir. Data vasitəsilə hər şeyə hakim olacaqlar. Peyvəndin bu qədər müzakirə edilməsinin səbəbi də məhz budur. Problem şişirdildi və kütlələr bunun üçün hazırlandı. Yəni həm siyasi, həm də fərdi baxımdan bir “hack”lənmə ilə üz-üzəyik.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ və Böyük Britaniya Yəmənə zərbələr endirib

II Qlobal Media Forumunda iştirak edən xarici qonaqlar üçün Şuşada gəzinti təşkil edilib

Ərdoğan nazir və deputatlarla basketbol oynadı - Foto

Ərdoğan Ersin Tatarın Şuşada Zirvə görüşünə qatılmasından danışdı

Səttar Möhbalıyev istefa verir - AHİK-in yeni sədri kim olacaq?

II Şuşa Qlobal Media Forumunun iştirakçıları "ASAN” Xidmət və "DOST" mərkəzlərində olublar - Foto    

Şuşada ATNA-nın İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib

Ən çox oxunanalar