Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyada yaşayan soydaşlarımız Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət ediblər

Böyük Britaniyada yaşayan azərbaycanlı icmasının təşəbbüsü ilə ermənilərə əsir düşən hərbçilərimizlə əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət göndəriblər.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

BritaniyaAzərbaycan Cəmiyyətinin sədri Fəridə Pənahovanın imzası ilə BQXK prezidenti Peter Maurerə ünvanlanan məktubda Ermənistanla Azərbaycan arasında gedən 44 günlük döyüşlər zamanı əsir düşən azərbaycanlı hərbçilərin taleyi ilə bağlı narahatlıq ifadə olunub. Qeyd edilib ki, tərəflər arasında sülh razılığının imzalanmasına baxmayaraq, hərbçilərimizin Ermənistanda saxlanılmasına dair əsaslı dəlillər mövcuddur.

“Onların adları Musayev Amin, Rüstəmov Ruslan və Kərimov Bayramdır. Ələ keçirilən zaman onların sağ olduğuna dair videoyazılar var. Bundan sonra ailə üzvləri onlarla əlaqə saxlaya bilməyiblər”, - deyə məktubda vurğulanıb.

BQXK-nin rəhbərliyindən hər üç əsir əsgərimizin yerinin təsbit olunması və onların sağ-salamat evlərinə dönmələrini təmin etmək rica olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay