Çərşənbə axşamı, 11 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moldava cəmiyyəti Azərbaycanın haqq davasını birmənalı şəkildə müdafiə edir…

Moldavadakı səfirliyimizin uğurlu fəaliyyəti digər səfirliklərə nümunə olmalıdır…

44 günlük müharibə dönəmində əsgərlərimiz vətən qarşısında nə boyda imtahan verdilərsə, diplomatlarımız da o boyda imtahan verdilər. Bəs diplomatlarımızda əsgərlərimiz kimi bu imtahandan qələbə ilə, üzüağ çıxdılarmı? Bir qədər çətin sualdır. Çünki diplomatik cəbhədə böyük savaş hələ indi başlayır. Ümid edək ki, diplomatlarımız da şanlı qələbələri ilə Azərbaycan xalqını sevindirəcək və qürurlandıracaq.

Açıq deməliyik ki, hələlik diplomatlarımızın və səfirliklərimizin fəaliyyəti ilə bağlı ürək dolusu danışmaq olmur. Xüsusən Avropa ölkələrindəki səfirliklərimizin fəaliyyəti ya yetərincə hiss olunmur, ya da ermənilərin diplomatik hücumları qarşısında heç ortada görünmür.

Azərbaycanın xaricdəki səfirliklərinin əsas fəaliyyət sahələrindən biri də yaxın və uzaq xaricdə informasiya savaşı aparmaq və Azərbaycanın haqqlı savaşını olduğu kimi təbliğ etməkdir. Çox təəssüf hissi ilə qeyd etməliyik ki, Latın Amerikasından tutmuş ABŞ-a, Asiyadan Avropaya qədər olan geniş coğrafiyada Azərbaycan səfirlikləri bu vəzifənin öhdəsindən tam olaraq gələ bilmirlər. Demək olar ki, bütün coğrafiyalarda informasiya savaşını ermənilərə bərbad şəkildə uduzuruq. Bunun acı nəticələrini isə ABŞ-da, Avropada çoxsaylı şəhər bələdiyyələri tərəfindən erməni separatizminə verilən dəstək olaraq görürük. Bütün bunlar təbii ki, səfirliklərin uzun illərdir öz vəzifələrinin mahiyyətindən kənar fəaliyyətləri ilə əlaqəlidir. Bu üzdən Azərbaycanın xaricdəki səfirliklərinin yenidən formalaşdırılması günün əsas məsələsi kimi Azərbaycanın qarşısında durur.

Açıq deməliyik ki, çox az, bəlkə də barmaqla sayılacaq qədər səfirliklərimiz öz vəzifələrinin öhdəsindən gələ bilir və fəaliyyətdə olduqları ölkələrdə Azərbaycana qarşı müsbət atmosferin yaranmasına nail ola bilirlər. Belə diplomatik nümayəndələrimizdən biri də Azərbaycanın Moldaviyadakı səfirliyidir. 44 günlük müharibə müddətində Moldavadakı səfirliyimizin və şəxsən səfir Qüdsi Osmanovun fəaliyyəti təqdirə layiqdir. Çünki müharibənin ilk günüdən Moldava cəmiyyətini, siyasi elitasını və mətbuatını Azərbaycanın tərəfdaşına çevirməyi bacarıblar. Biz heç kəsi reklam etmək ya da tərifləyib göyə qaldırmaq fikrində deyilik. Ancaq "Sezarın haqqı da Sezara verilməlidir".

Faktlara dayanarsaq, bu gün erməni diasporunun və erməni diplomatiyasının ən dişsiz olduğu ölkələrdən biri Moldavadır. Bunula yanaşı apardığımız monitorinq onu deməyə əsas verir ki, bu gün Azərbaycanın Türkiyədən sonra ən güclü olduğu ölkələrdən biri və bəlkə də birincisi Moldavadır. Çünki istər Moldava cəmiyyəti, istərsə də Moldavanın siyasi elitası moldavan mətbuatı vasitəsi ilə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı kifayət qədər məlumatlandırılıb və bu gün onların Azərbaycanın haqlı davasına göstərdikləri obyektiv münasibət də onu göstərir ki, yerli mətbuatla diaspor mərkəzlərimizin və səfirliyimizin birlikdə çalışması nə qədər effektlidir.

Xatırladaq ki, müharibə başlayandan bu günə qədər Moldavanın bütün aparıcı media qurumları Azərbaycanın haqlı mövqeyini müdafiə edən onlarla məqalə ilə çıxış ediblər. Bu məqalələr Moldava cəmiyyətində, istər müxalif, istərsə də iqtidar düşərgəsində Azərbaycanın haqq davası ilə bağlı müsbət fikir formalaşdırıb.

Kiçik bir qeyd etmək də yerinə düşər ki, bütün bu zaman ərzində neytral mövqedə ancaq bir mətbu orqan bir məqqlə ilə çıxış edib. Azərbaycan əleyhinə isə tanınmamış Dnestryanı Respublikada bir məqalər dərc edilib ki, bu da öz-özlüyündən aydındır.

Qeyd edək ki, belə bir nəticə demək olar ki, heç bir ölkədə əldə edilməyib və bu təbii ki, Azərbaycanın Moldavadakı səfirliyinin və səfir Qüdsi Osmanovun uğurudur. Onları bu uğura görə təbrik edirik və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Aşağıdakı linklərdə isə son bir həftə ərzində Moldava mətbuatında Azərbaycanın haqlı mövqeyindən çıxış edən mətbat materiallarını oxucularımızın diqqəinə cəlb edirik:

Fotolar

https://ava.md/2020/11/19/dva-slova-o-karabahe-special-no-dlya-pridnestrov/

https://point.md/ru/novosti/v-mire/parlament-turtsii-odobril-otpravku-voennykh-v-azerbaidzhan

https://www.ipn.md/ro/taierea-masiva-a-copacilor-din-kelbajar-terorism-si-genocid-ecologic-din-partea--7542_1077775.html

https://www.ipn.md/ru/massovaya-vyrubka-derevev-v-kelbadzhare-armyanskiy-ekologicheskiy-terror-i-genot-7542_1077775.html

https://deschide.md/ru/russian_news/externe_ru/75711.htm

https://noi.md/ru/politika/posol-azerbajdzhana-peredal-maje-sandu-pisimo-ot-prezidenta-ilihama-alieva

https://tribuna.md/ru/2020/11/19/ambasadorul-azer-a-transmis-o-scrisoare-din-partea-presedintelui-ilham-aliyev-catre-maia-sandu/

https://ava.md/2020/11/19/posol-azerbaydzhana-peredal-maye-sandu/

https://moldova.europalibera.org/a/turcia-trimite-militari-pentru-monitorizarea-armisti%C8%9Biului-dintre-azerbaidjan-%C8%99i-armenia/30956689.html

https://m.sputnik.md/video/20201118/32553476/Karabah-Trupele-ruse-de-meninere-a-pcii-au-deminat-coridorul-Lachin.html

https://dosug.md/ru/news/1400622/

https://www.publika.md/protestatari-loviti-de-masina-la-erevan-un-sofer-a-trecut-cu-automobilul-peste-un-grup-de-tineri_3089383.html

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özəlləşdirmə çekləri ilə bağlı deputatlara, YAP funksionerlərinə və ziyalılara müraciət

Bakıda "Badam" klinikasında çalışan həkim sinə əməliyyatı etdiyi qadınla münasibətdə oldu

Yevlaxda toy mərasimində gənc oğlan qətlə yetirilib - Təfərrüat, Yenilənib

Nəşi tapılan hərbçimizlə bağlı rəsmi açıqlama

İranda prezidentliyə 6 namizəd... - Kim daha şanslı görünür?

Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub - Yenilənib

Dövlət xidmətinin vəzifəli şəxsləri barəsində cinayət işi açıldı

7 min illik möcüzə: evdə hazırlaya biləcəyiniz ən sağlam içki

Bakıda ucuz qiymətə mənzillər satılır - Amma alan yoxdur

Türkiyədə inflyasiya ilin sonuna qədər 75,4%-dən 38%-ə düşəcək

Ən çox oxunanalar