Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dürdanə Əliyevanın şikayəti ilə bağlı qərar

Bakı Slavyan Universitetinin (BSU) korrupsiya cinayətlərində təqsirli bilinərək azadlıqdan məhrum edilmiş sabiq şöbə müdiri Dürdanə Əliyevanın şikayəti üzrə məhkəmə baxışı yekunlaşıb...

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar elan edilib.

Cavid Hüseynin sədrlik etdiyi məhkəmə heyəti birinci instansiya məhkəməsinin qərarında hər hansı qanun pozuntusu olmadığı qənaətinə gəlib.

Qərara əsasən həm D.Əliyeva həm Bakı Slavyan Universitetinin şikayəti rədd edilib.

Təqsirləndirilən şəxsin vəkili Rövşən Mərəndskiy qərardan narazı qaldıqlarını, tezliklə kassasiya şikayəti verəcəklərini bildirib.

Qeyd edək ki, D.Əliyeva Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə mənimsəmə və rüşvət alma yolu ilə 226 min manat ələ keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyeva 6 il azadlıqdan məhrum edilərək məhkəmə zalında …həbs edilib.

Poluqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Ən çox oxunanalar