Çərşənbə axşamı, 25 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan-Misir münasibətlərində qarşılıqlı etimad

Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan-Misir əlaqlərinin inkişafında mühüm nailiyyətlər əldə edilib...

Misirlə Azərbaycan arasında uzunmüddətli dostluq əlaqələri var. Xalqlarımızı qarşılıqlı sevgi və oxşarlıq birləşdirir. Əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Prezident İlham Əliyevin iyunun 8-də Misirə səfəri bu ölkə ilə ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli dərəcədə təkan verəcək. Xatırladaq ki, ötən illərdə də bir neçə mühüm yüksək səviyyəli qarşılıqlı səfərlər olmuşdur. Eyni zamanda, Misirin də daxil olduğu Ərəb Liqasının bütün üzv dövlətləri də Qoşulmama Hərəkatının (QHH) üzvüdür. 24-26 oktyabr 2019-cu il tarixlərində Misirin xarici işlər naziri Sameh Şukri Qoşulmama Hərəkatının (QHH) 18-ci Zirvə toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olub. Beləliklə, Azərbaycan və Misir Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimadı və dəstəyi gücləndirdi. Prezident İlham Əliyev iyunun 8-də Qahirədə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında Misirlə Azərbaycanın beynəlxalq əməkdaşlığına da toxunub: “Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur”. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi Misir rəsmiləri tərəfindən dəfələrlə yükəsk qiymətləndirilib. Bu təşkilatın gücləndirilməsi istiqamətində Azərbaycanın göstərdiyi səyləri onlar xüsusi qeyd ediblər. Yeri gəlmişkən, Qahirədə Azərbaycan Prezidenti İlham Əliyevin və Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə geniş tərkibdə görüşündə də iki ölkə arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub. Həmçinn ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib. Bu xüsusda Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında işbirliyi vurğulanıb. Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olunub.

Həm Avropa ölkələri, həm türk dünyası ölkələri, həm də ərəb dövlətləri ilə güclü tərəfdaşlıq əlaqələri quran Azərbaycan etibarlı, etibarlı tərəfdaş kimi imicini yüksəltməkdə davam edir. Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan biznes mühitinin inkişafında mühüm nailiyyətlər əldə edib. Beləliklə, dünyanın ən böyük şirkətləri Azərbaycanda perspektivli layihələrə külli miqdarda vəsait yatırmaq istəyir və təbii ki, Misir də kənarda qalmayacaq. Azərbaycan və Misir dost ölkələr olaraq yüksək iqtisadi və mədəni əlaqələrə malikdir. Misirlə ticarət, sənaye, qarşılıqlı investisiyalar, təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanları genişdir. Sabitlik, mükəmməl biznes və investisiya mühiti, eləcə də ölkə rəhbərliyinin nümayiş etdirdiyi ciddi siyasi iradə Azərbaycan iqtisadiyyatının uğurunun və ölkənin tərəfdaşları ilə uğurlu ikitərəfli münasibətlərinin əsasını təşkil edir.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Cənab Prezident bəyanatında bildirib ki, AzərbaycanErmənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar: “Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır.

Onu da bildirdim ki, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Əlbəttə ki, bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır. Həmkarımın diqqətinə o da çatdırıldı ki, iki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir”. Azərbaycan iqtisadi tərəqqiyə, sosial sabitliyə nail olub. Eyni zamanda ölkədə və regionda təhlükəsizliyin təmin olunması ölkəmiz üçün çox önəmlidir. Bu baxımdan Misir də iqtisadi inkişafa və sosial tərəqqiyə, sülhə nail olmaq üçün ölkəmizin səylərini güclü şəkildə dəstəkləyir.

Aybəniz Rüstəmova - Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Poliqon.info

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evə basqın edərək ər-arvadı öldürməkdə şübhəli bilinən daha bir nəfər saxlanıldı - Yenilənib

Oğlu əsgərlikdən gələn kişi qatil oldu: Arvadının xəyanətindən şübhələnib divara tarix yazıbmış

Rüstəm Şahbazov üçün atalar üçdən deyib? – Adı ikinci qətl hadisəsində keçir

Üç polisi qətlə yetirən şəxslə bağlı şok detallar: "İmkanlı adamın külli miqdarda pulunu oğurlayıb"

Mehdiyevin kürəkəni içki aludəçisi olub? - Gecələr "Rolls-Royce"da stress atır, Fotolar

Şüvəlanda silahlı insident: 3 polis və 1 nəfər mülki vətəndaş qətlə yetirilib

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb

Azərbaycanda icra hakimiyyətində əməliyyat keçirilib: Saxlanılanlar var

Bakıda silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb - Siyahı

Bakıda "ölüm zonası": Burada yaşayanlar təhlükə qarşısındadırlar

Bakıda qətlə yetirilən polis əməkdaşı Mirəli Heydərov Kürdəmirdə dəfn olunub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay