Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstedadlı, nakam romantik - Mikayıl Müşfiqin anadan olmasından 116 il keçir

İyunun 5-i tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin doğum günüdür...

Xatırladıaq ki, Mikayıl Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Atası Mirzə Əbdülqadir İsmayılzadə dövrünün tanınmış ziyalılarından olub. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olub, şeirlər yazıb. Uşaq olan zaman valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyüb.

İbtidai təhsilini rus-tatar məktəbində alan şair Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı darülmüəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub.

Azərbaycan Dövlət Darülfünunun (universitetinin) Dil və ədəbiyyat fakültəsini bitirib və əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Son iş yeri Bakı şəhər 18 saylı orta məktəbi olub. Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlayıb və bədii tərcümə ilə də ciddi məşğul olub.

Ağır və fərəhsiz uşaqlıq illəri keçirən şair həyatının o illərini xatırlayaraq yazırdı:

"Hələ atamın sağlığında güzəranımız ağır keçdiyi halda, lap uşaqkən anam və atam vəfat etdi. Mən bir yetim halında daş kəsən əmim və bibimin yanında qaldım. Ac, yalavac, çılpaq bir uşaqlıq keçirdim".

O illərin ağrı-acısını, anasızlığını şair "Ana" (1927) şeirində ürək yanğısı ilə qələmə alıb:

Ana dеdim, ürəyimə yanar odlar saçıldı,

Ana dеdim, bir ürpəriş hasil oldu canımda,

Ana dеdim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dеdim, fəqət onu görməz oldum yanımda.

Müşfiqin "Yenə o bağ olaydı", "Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

"Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?"

Şair 1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurub.

Mikayıl Müşfiq repressiya dövründə, 1938-ci il yanvarın 6-da güllələnib.

1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunub.

Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib.

2018-ci ildə Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr vermiş görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə sərəncam imzalayıb.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - Səbəb

Aygün Namiqdən gileyləndi: "Məni xoşbəxt edə bilmədin"

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

Qəzzada həlak olan fələstinlilərin sayı 37,3 mini keçib

İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq

Ən çox oxunanalar