Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Komitəsi: Uşaq hüquqlarına dair meyarlar sənədi yaxın günlərdə hökumətə təqdim ediləcək

Uşaq hüquqlarına dair meyarlar sənədi yaxın günlərdə hökumətə təqdim ediləcək...

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova iyunun 11-də Bakıda keçirilən BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsində deyib.

Onun sözlərinə görə, qısamüddətli mühafizə orderlərinin verilməsi ilə bağlı prosedur mürəkkəb idi: "Ancaq indi müraciət daxil olan kimi 24 saat ərzində mühafizə orderinin verilməsi nəzərdə tutulur. Mühafizə orderinin verilməsi ilə bağlı proseduru dərhal həyata keçirməyən vəzifəli şəxs isə məsuliyyətə cəlb olunacaq. Hazırda əsas çatışmazlıq uşaqlarla bağlı məsələlərin icraat prosesində xüsusi hazırlıq keçmiş hakimlər, müstəntiqlər və digər vəzifəli şəxslərin iştirak etməməsidir. Düzdür, uşaqlardan ifadə alınmasında xüsusi hazırlıq keçən müstəntiqlər iştirak edir, amma bu məsələ tam şəkildə həyata keçirilmir".

T.İbrahimova bildirib ki, uşaq strategiyasının yerinə yetirilməsi ilə bağlı fəaliyyət planında nəzərdə tutulmuş dövlət və qeyri-dövlət sosial müsissələrində xidmətin keyfiyyətinə dair tələblər və bütün sahələrdə uşaq hüquqlarının təmin edilməsi ilə bağlı meyarlar haqqında layihələr yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Cinayət planları ilə gəzən qatillər: Ailəsini baltalayanlar, övladını girov götürənlər...

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Ən çox oxunanalar