Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyev meriyasının milyonlarını mənimsəyən azərbaycanlı iş adamı kimdir?

Kiyevdə mənzil inşaatı şirkətinə rəhbərlik edən  və torpaq alveri ilə məşğul olan Vaqif Abdullayev  paytaxt sakinlərinə çoxmərtəbəli binada yararsız mənzillər  satıb...

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın “İnformator” saytı yazıb.

Bildirilir ki, söhbət Kiyevin Qlıboçitskaya küçəsi, 25 ünvanında yerləşən yaşayış binasından gedir. Sakinlər binaya köçəndən sonra məlum olub ki, mənzil tikən  şirkət  su təchizatı ilə bağlı müqavilə bağlamayıb. Bu səbəbdən insanlar binanın yaxınlığında yerləşən quyudan su çəkməyə məcbur olublar. O da bildirilir ki, binada adekvat diametrdə kanalizasiya boruları da yoxdur.

Məlumata görə, binada işıqla bağlı da ciddi problemlər üzə çıxıb. Belə bir yaşayış sahəsinə xidmət göstərmək üçün ən azı 1 meqavat elektrik enerjisi lazımdır ki, bu da mövcud deyil. Sakinlərin daha bir ciddi şikayəti binanın istilik sistemi ilə bağlıdır. Binanı tikən azərbaycanlı iş adamı  sakinləri inandırıb ki, istilik birbaşa evin damına quraşdırdığı qaz qazanxanası ilə həll ediləcək. Bildirilir ki, amma bunun üçün də müvafiq icazə alınmayıb. 

“İşi başa çatdırmaq, lazımi texniki şərtləri əldə etmək Vaqif Abdullayevin mənimsədiyi milyonlarla qrivnaya başa gələcək. Buna görə də, aldanmış sakinlərin  yalnız bir yolu var - yenidən pul ödəmək və bu dəfə pulun təyinatı üzrə xərclənəcəyinə ümid etmək ”, – nəşr yazır.

 Binada uşaq meydançası və dayanacaq da yoxdur. Yerin altından çıxan armatur sakinlərin həyatı və sağlamlığı üçün təhlükəlidir ki, bu da bütün təhlükəsizlik qaydalarının pozulması deməkdir. Hazırda vəziyyətin dəyişməsi, insanların normal şəraitdə yaşaya bilməsi üçün heç bir perspektiv və ya ilkin şərt yoxdur. “İnformator”un iddiasına  görə, ukraynalılardan oğurlanan pulları götürüb aradan çıxan Vaqif  Abdullayev artıq özünü tarixi vətəni Azərbaycanda “təhlükəsiz hiss edir”.   

“Əhəmiyyətli bir məqam da ondan ibarətdir ki, Abdullayev binanı paytaxt büdcəsindən ayrılan puldan tikirmiş.  O, binanı  2021-ci ildə istifadəyə verəcəyinə söz verib, amma hələ də yerinə yetirməyib”, - materialda deyilir.

Ukrayna mediası yazır ki,  Vaqif Abdullayev 2000-ci illərin əvvəllərindən Kiyevdə məskunlaşıb.  2011-ci ildə o, Rusanovskaya sahilindəki yaşıllığın bir hissəsini ələ keçirib  və burada restoran tikməyə başlayıb.  2015-ci ildə ona məxsus olan “Vaqra” MMC tikinti şirkəti “Protasov Yar” qoruğunun tərkibinə daxil olan Batyeva Qora ərazisində özbaşına 12 mərtəbəli bina tikməyə başlayıb. Qeyri-qanuni tikintiyə görə inşaat şirkəti ilə  uzunmüddətli məhkəmə də olub.  

“Hüquq-mühafizə orqanları Kiyev sakinlərini tikinti fırıldaqçılarından qorumalıdır. Abdullayev barədə bir neçə il əvvəl  cinayət işini açmaq və düzgün araşdırma üçün bütün əsaslar var idi  və Abdullayev layiqli cəzasını almalı idi. Ancaq fırıldaqçı hələ də azadlıqdadır”,-  deyə "İnformator" yazır. 

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Cinayət planları ilə gəzən qatillər: Ailəsini baltalayanlar, övladını girov götürənlər...

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - Yenilənib

Pompeo: Tramp prezident seçilərsə, ABŞ Ukraynaya 500 mlrd. dollar yardım edəcək

Ən çox oxunanalar