Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vərəmin ayaq altına sərilmiş dərmanı

Onun adı kobud səslənsə də, çiçəkləri zərif, özü çox dərdə dərmandır...

Lent.az "Şəfalı bitkilər" rubrikasında bu dəfə hər addımbaşı yabanı şəkildə rast gəlinən, hər cür iqlimə və çətin şəraitə uyğunlaşan dəvədabanının faydaları barədə məlumat verir. 

Dəvədabanı ən çox Avrasiya və Şimali Afrika ölkələrində bitir, çiçəklərindən bal ətri gəldiyi üçün arılar tərəfindən daha çox sevilir. 

Qədim Romada dəvədabanının yumşaldıcı və orqanizmi gücləndirən təsirinə inanırdılar. Döyüşə çıxan əsgərlər dəvədabanı otunu qoparıb çiy halda yeyirdilər. 

Bu bitkinin kökündən və yarpaqlarından soyuqdəymələr, öskürək vərəm, bəlğəm zamanı istifadə edilir. Onun yarpaqlarının tərkibində selik, qətran və tanin var.

Bu bitkidən tibb sahəsində bronxlardakı bəlğəmin təmizlənməsi məqsədilə istifadə edilir. O pnevmoniyalar, ağ ciyərlərin emfizeması və xroniki bronxit xəstəliklərində istifadə edilir.

Dəvədabanı orqanizm daxilində olan irinli-iltihablı proseslərin aradan qalxmasına yardım edir. 

Xalq təbabətində ondan südgətirici vasitə kimi istifadə edilib. Belə ki, dəvədabanı yarpaqlarını döşün üstünə düzüb saxladıqda gənc anaların südü çoxalır. Dəvədabanı yarpaqları döş vəzində olan süd axarlarını rahatlaşdırır və südün çoxalmasına səbəb olur. 

Xalq təbabətində onun yarpaqlarını iştahanın açılması və həzm prosesinin sürətlənməsi məqsədilə istifadə edilir. İbn Sinanın əlyzmalarında da dəvədabanı haqqında yazılara rast gəlinir. O, dəvədabanını rahat nəfəs almaq və öskürəkdən xilas olmaq üçün məsləhət bilib. 

Bitkinin tərkibində pirrolizid alkoloidi var. Bunun orqanizmə az toksiki təsiri var. Ona görə də 6 həftədən çox dəvədabanı çiçəyindən istifadə eləmək məsləhət görülmür. Hamiləlik və südəmizdirmə dövrlərində də qadınlara dəvədabanı dəmləməsindən istifadə etmək olmaz. 

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var

Ən çox oxunanalar