Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Xalq artisti Məlik Dadaşovun doğum günüdür

Bu gün Xalq artisti, teatr və kino aktyoru Məlik Dadaşovun doğum günüdür...

Məlik Dadaşov 1924-cü il iyun ayının 7-də Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti - red.) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrında işə başlayıb və burada ilk dəfə "Ailə namusu" pyesində oynayıb.

Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edib. Məlik Dadaşov Azərbaycan kinosunda yaddaşlardan silinməyəcək obrazlar yaradıb.

M.Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, 35-ə yaxın bədii filmdə çəkilib.

"Axırıncı aşırım"da "Qəmlo", "Dəli Kür"də "Molla Sadıq", "O dünyadan salam"da "Şeyx Nəsrullah", "Birisi gün gecə yarısı"nda "Nəriman Nərimanov", "Fəryad"da "Armen Xaçaturyan" obrazları hamının yaddaşındadır.

M.Dadaşov "Fəryad" filmində "Armen Xaçaturyan" roluna vəfatından üç il əvvəl çəkilib.

Ailəsi onun bu rola çəkilməsinin əleyhinə olsa da, ermənilərin iç üzünü göstərməyə iddialı olan aktyor istədiyinə nail olur.

Film ekranlara çıxdıqdan sonra yaşlı bir qadın küçədə onun qarşısını kəsərək ünvanına təhqiramiz sözlər işlədir. Sonra da göz yaşları içərisində deyir: "Axı sən niyə o filmə çəkildin? Hər dəfə filmə baxanda özümü saxlaya bilmirəm. Həmin an yanımda olsan, yəqin ki, səni öldürərəm". Qadın ətrafdakılara hücum edir və "ay camaat, bu, ermənidir!", - deyir.

Bu zaman polis əməkdaşı ondan sənədlərini tələb edir. M.Dadaşov filmdə erməni rolunda olduğunu qeyd etdikdən sonra ondan əl çəkirlər.

O, U.Şekspirin "On ikinci gecə", L.Tolstoyun "Canlı meyit", S.Vurğunun "Fərhad və Şirin", Ş.Qurbanovun "Sənsiz", İ.Qasımovun "Nağıl başlananda" və digər tamaşalarda da maraqlı obrazlar yaradıb. Ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışıb.

Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşib, bura yeni yaradıcı qüvvələr cəlb olunub. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyirdi.

M.Dadaşov 1996-cı ildə 72 yaşında Bakıda vəfat edib.

Poliqon.info


Etiket: Məlik Dadaşov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Ən çox oxunanalar