Çərşənbə axşamı, 25 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda prezidentliyə 6 namizəd... - Kim daha şanslı görünür?

İran Konstitusiyasını Mühafizə Şurası prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını Daxili İşlər Nazirliyinə göndərib...

Politoloq: “Qeydə alınan 278 namizxədgın 6 nəfəri seçib xalqln önünə qoyublar və indi xalq öz sözünü deməılidir. Buna “şəriət demokratiyası” da demək olar”.

“Mən düşünmürəm ki, Baqir Qalibaf, ya da Səid Cəlili sırf İbrahim Rəisinin tutduğu yolla gedəcəklər”.

Bu sözləri politoloq Samir Hümbətov İranda keçiriləcək prezident seçkilərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən İran Konstitusiyasını Mühafizə Şurası prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını Daxili İşlər Nazirliyinə göndərib. Siyahıda 278 namizəddən cəmi 6 şəxs yer alıb. Qeyd edək ki, seçilmək imkanları digərlərindən daha çox olan Əhmədinejat, Zərifi və Laricani kimi tanınmış siyasətçilər siyahıda yer almayıb.

Rəsmi olaraq təsdiqlənən 6 namizədə baxarsaq, hansı namizədin şansı daha çoxdur və bu siyahı əslində İranda Rəisinin siyasi kursunun davam ediləcəyindən xəbər verirmi?

Mövzunu Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Bu dəfəki mübarizə əgər Səid Cəlili geri çəkilməsə, Baqir Qalibafın mübarizə aparmaq şansı daha çoxdur”.

Əhmədinejatın özünün mühafizəkar və ali rəhbərə yaxın şəxs olduğunu xatırladan politoloq Poliqon-a bildirib ki, bütün hallarda İranda siyasətə nüfuz edən fərqli tərəflər var:

İranda keçiriləcək prezident seçkilərində əsas namizədlər sırasında iki namizədin - Məhəmməd Baqir Qalibaf və Səid Cəlili daha şanslı görünürlər. Düşünürəm ki, bu dəfəki mübarizə Səid Cəlili ilə Baqir Qalibafın arasında gedəcək. Doğrudur, onlar ikisi də İbrahim Rəisinin siyasi kursunu davam etdirəcəklərini deyirlər, lakin burda tam təqliddın söhbət gedə bilməz. Buna hörə də düşünürəm ki, kim seçilirsə seçilsin, siyasətə öz dəsti-xəttini gətirməyə çalışacaq.
Yəni mən düşünmürəm ki, Baqir Qalibaf, ya da Səid Cəlili sırf İbrahim Rəisinin tutduğu yolla gedəcəklər.

Bildiyimiz kimi Səid Cəlili nüvə danışıqlarında birbaşa iştirak edən şəxsdir və İran Parlamentində spiker olub. Bu faktorların hamısı dövlətin başına kimin gəlməsi ehtimalını artırır. Yəni onlar əhaliyə tanış simalardır. Digər tərfdən prezidentliyə namizıd iqtisadi plsnda xalqa sanksiyaların qaldırılmasına çalışacağı ilə bağlı vədlər verməlidi və düşünürım ji, bu mənada Cəlili daha cəlbedici namizəd ola bilər.

Əhmədinejat, Zərifi və Laricani kimi tanınmış siyasətçilər seçkilərə buraxılmayıb. Keçən dəfəki seçkilərə də Əhmədinejatı buraxmamışdılar. Onlar daha çox mühafizəkar deyil də, islahatçı qanadın nümayəndələridir. Əhmədinehst pzü də zaman-zaman rejimi cidfi tənqid edir. Buna görə də, prosesdə onların kənarda qalma ehtimalı var. Amma məsələ odur ki, Əhmədinejatın özü mühafizəkar və Ali rəhbərə yaxın şəxsdir. Buna görə də burada fərqli tərəflər var və
bütün hallarda İranda siyasətə nüfuz edən fərqli tərəflər və faktorlar var.

Düşünürəm ki, hər vəziyyətdə ali dini rəhbər və onun şurası tərəfindən verilən qərar daha çox Xaneyinin istəyinə uyğun olaraq dövləti idarə edəcək şəxsin prezident seçkilərində iştirak etməsidir. Qeydə alınan 278 namizəddən 6 nəfəri seçib xalqln önünə qoyublar və indi xalq öz sözünü deməılidir. Buna “şəriət demokratiyası” da demək olar”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Evə basqın edərək ər-arvadı öldürməkdə şübhəli bilinən daha bir nəfər saxlanıldı - Yenilənib

Oğlu əsgərlikdən gələn kişi qatil oldu: Arvadının xəyanətindən şübhələnib divara tarix yazıbmış

Rüstəm Şahbazov üçün atalar üçdən deyib? – Adı ikinci qətl hadisəsində keçir...

Üç polisi qətlə yetirən şəxslə bağlı şok detallar: "İmkanlı adamın külli miqdarda pulunu oğurlayıb"

Mehdiyevin kürəkəni içki aludəçisi olub? - Gecələr "Rolls-Royce"da stress atır, Fotolar

Azərbaycanda icra hakimiyyətində əməliyyat keçirilib: Saxlanılanlar var

Şüvəlanda silahlı insident: 3 polis və 1 nəfər mülki vətəndaş qətlə yetirilib

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb

Bakıda silahlı insident zamanı həlak olan polislərin adları açıqlanıb - Siyahı

Bakıda "ölüm zonası": Burada yaşayanlar təhlükə qarşısındadırlar

Bakıda qətlə yetirilən polis əməkdaşı Mirəli Heydərov Kürdəmirdə dəfn olunub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay