TikTok Amerika auditoriyası üçün yeni tövsiyə alqoritmi yaradır ki, bu da tətbiqin ABŞ üçün yeni müstəqil versiyası ilə nəticələnə bilər...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, 170 milyon istifadəçisi olan Amerika auditoriyası üçün alqoritmin klonu hazırlanır. Bu, proqram Çinin “ByteDance” şirkətindən asılı olmayaraq işləyən yeni versiyası olacaq və həmçinin sosial şəbəkəni qadağan etməyi planlaşdıran ABŞ qanunvericiləri üçün daha məqbul hesab olunacaq.
Mənbələrin sözlərinə görə, alqoritmin ayrılması ABŞ aktivlərinin satışı üçün əsas ola bilər, baxmayaraq ki, şirkətin hazırda belə planları yoxdur.
Bundan əvvəl məlum olub ki, amerikalıların əksəriyyəti (58%) Çinin ABŞ-da ictimai rəyi formalaşdırmaq üçün TikTok sosial şəbəkəsindən istifadə etdiyinə inanır. Bunu Reuters-in “Ipsos” şirkəti ilə birgə keçirdiyi sorğunun məlumatları təsdiqləyib.
Poliqon.info