Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünən Azərbaycanla Türkiyə arasında maraqlı diplomatik trafik yaşandı...

İki qardaş ölkə arsında bu diplomatik trafik və o cümlədən, prezidentlətin hava limanında görüşməsi bir qədər qəribə görünmürmü?..

Politoloq: “Məsələ burasındadır ki, Yaxın və Orta Şərq demək olar dünya səhnəsində ən vacib bölgələrdən birinə çevrilib. Çünki orada çox təzadlı, qarışıq, eləcə də çox mürəkkəb proseslər təşəkkür tapıb”.

Bakı ilə Ankara arasında mütəmadi görüşlər, danışıqlar son dərəcə mühüm əhəmiyyət kəsb edir. Çünki sirr deyil ki, xarici qüvvələr bölgədə müharibə olmasını istəyirlər”.

Bu sözləri politoloq Tofiq Abbasov Azərbaycan və Türkiyə arasında yaşanan diplomatik trafikin səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Azərbaycanla Türkiyə arasında maraqlı diplomatik trafik yaşanıb. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan arasında İstanbul hava limanında baş tutan görüşdən əlavə iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramovla Hakan Fidan telefonla danışıblar, üstəgəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ankarada Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşərək fikir mübadiləsi aparıb.

İki qardaş ölkə arsında bu diplomatik trafik və o cümlədən, prezidentlətin hava limanında görüşməsi bir qədər qəribə görünmürmü? Azərbaycan prezidentin Misirə səfərindən sonra bu trafikin yaşanması təsadüfdürmü, yoxsa Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün bərqərar olmasında yeni təşəbbüslə çıxış edirlər?

Bakı və Ankara arasında baş verən prosesləri Poliqon-un əməkdaşı politoloq Tofiq Abbasov ilə müzakirə edib.

Tofiq Abbasov: “Şuşa Bəyannaməsi də məhz bu kontekstdə ərsəyə gəldi ki, iki qardaş ölkə olaraq bütün təhdidlərin qarşısını alaq”.

Misirdə Azərbaycan prezidenti ilə Yaxın Şərq problemlərinin müzakirə obyektinə çevrilməsinin qeyri-adi bir şey olmadığını vurğulayan politoloq Poliqon-a bildirib ki, aramızda məsafənin olmasına baxmayaraq, Misir də Azərbaycan üçün vacib tərəfdaşdır:

“Məsələ burasındadır ki, Yaxın və Orta Şərq demək olar dünya səhnəsində ən vacib bölgələrdən birinə çevrilib. Çünki orada çox təzadlı, qarışıq, eləcə də çox mürəkkəb proseslər təşəkkür tapıb. Müharibədən başlayaraq yeni alyansların, yeni trafiklərin yaranması, yəni yeni nəqliyyat koridoru, kommunikasiya xətlərinin formalaşması kimi proseslər baş verir. İlk baxışdan bunlar bir-biri ilə əlaqəli olmasa da, amma hamısının bir-birinə təsirləri var.

Faktiki olaraq biz Yaxın və Orta Şərqdə artma tempində olan müharibə ruhunun şahidi oluruq. Təbii ki, baş verən proseslər Azərbaycanı həm maraqlandırır, həm də qayğılandırır. Çünki həm Azərbaycan, həm Türkiyə ilk növbədə milli zəmində öz təhlükəsizlik məsələlərini həll edirlər. Digər tərəfdən də, Türk Dünyasına aid olan prosesləri təmin edirlər.

Bildiyimiz kimi, Vətən müharibəsindən sonra Azərbaycan 3+3 formatını təklif edib. Türkiyə indi İraqla danışıqlar aparır ki, yeni kommunikasiya dəhlizi yaratsın. Bunu da bizə çox böyük mənfəəti ola bilər. Bu baxımdan bunların hamısını sabit, sağlam tərzdə inkişafını biz təmin etməliyik. Söz yox ki, istənilən layihə nə qədər cazibədar görünsə də, əgər sabitlik yoxdursa, o təşəkkül tapa bilməz.

Tofiq Abbasov: “İran da, Türkiyə də, Azərbaycan da başa düşür ki, regionda mürtəce qüvvələrin planları heçə endirilməlidir. Həmin qüvvələrin planlarını mütləq sıfırlamaq lazımdır”.

Buna görə mən düşünürəm ki, Bakı ilə Ankara arasında mütəmadi görüşlər, danışıqlar son dərəcə mühüm əhəmiyyət kəsb edir. Çünki sirr deyil ki, xarici qüvvələr bölgədə müharibə olmasını gücləndirmək istəyirlər. Biz görürük ki, İsraillə HƏMAS arasında çox gərgin mübarizə gedir. İsrailin də qarşıya qoyduğu məqsədlərdən biri də odur ki, böyük müharibə başlasın. Çünki İsrail o müharibəyə ABŞ-ı cəlb etmək istəyir ki, artıq İrana qarşı koalisiya yarasın və İranın müqəddəratı İsrailin istədiyi tərzdə öz həllini tapsın.

Amma biz İranın son vaxtlar daha konstruktiv ruhda olmasının şahidi oluruq. Yəni həm Azərbaycanla münasibətlərdə canlanma var, həm də Türkiyə ilə daim məsləhətləşmələr edirlər. İran da, Türkiyə də, Azərbaycan da başa düşür ki, regionda mürtəce qüvvələrin planları heçə endirilməlidir. Həmin qüvvələrin planlarını mütləq sıfırlamaq lazımdır. Çünki onlar məhz kənardan, Avropada, ABŞ-da və Yaxın Şərqdə olan azsaylı müttəfiqlərinin hesabına çalışırlar bu arealları müharibə arenası kimi görsünlər.

Əlbəttə ki, buna yol verə bilmərik və buna qarşı müqavimət də göstərməliyik. Bizim mübarizəmiz bunun üçündür. Təsadüfi deyil, Şuşa Bəyannaməsi də məhz bu kontekstdə ərsəyə gəldi ki, iki qardaş ölkə olaraq bütün təhdidlərin qarşısını alaq. Düşünürəm ki, Misirdə də bu proseslər müzakirə obyektinə çevrilib. Aramızda məsafənin olmasına baxmayaraq, Misir də Azərbaycan üçün vacib tərəfdaşdır”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Ən çox oxunanalar