Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran ABŞ və Fransanın ittihamlarını rədd edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanani ABŞ və Fransa prezidentlərinin birgə bəyanatını pisləyib və orada Tehrana qarşı irəli sürülən “əsassız və qəbuledilməz ittihamları” rədd edib...

Poliqon xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalında yerləşdirilmiş bəyanatında deyilir.

İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Kənani anti-İran bəyanatını əsassız və siyasi məqsədlər güdüən bir bəyanat olaraq dəyərləndirib”.

İran İslam Respublikasının regionda və dünyada sabitlik və təhlükəsizliyin bərqərar olması və möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi üçün terrorçu qruplarla mübarizədə rolu danılmazdır”, deyə rəsmi nümayəndə vurğulayıb. Bundan əlavə, Kənani Tehranın beynəlxalq hüquq və öhdəliklər çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyi ilə texniki əməkdaşlığa sadiqliyini təsdiqləyib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Amerika lideri Co Baydenlə Yelisey sarayında danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında bildirmişdi ki, Paris və Vaşinqton İrana təzyiq göstərmək niyyətindədir. Makron bunu İranın regionda sabitliyi pozması ilə əlaqələndirmişdi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Ən çox oxunanalar