Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlament seçkilərini uduzarsa, Makron istefa verə bilər...

Fransa prezidenti Emmanuel Makron yaxın ətrafı ilə prezident postundan istefa vermə imkanını müzakirə edir...

Emmanuel Makron öz çevrəsi ilə parlament seçkilərində müxalifətin qalib gələcəyi təqdirdə Fransa prezidenti postundan istefa vermə imkanını müzakirə edir.

Poliqon xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası Fransa liderinin yaxın adamlarından birinə istinadən məlumat yayıb.

“Prezidentin istefası tabu deyil. Bəli, bu gün biz bütün ssenariləri nəzərdən keçirməliyik. O, 5 illik səlahiyyət müddətinin qalan hissəsni qurban verməyə hazırdır”, deyə mənbə bildirib.

Eyni zamanda, “Europe 1” vurğulayıb ki, istefa Makronun üstünlük verdiyi variant deyil və qeyd edib ki, onun perspektivi qarşıdan gələn seçkiləri dramatikləşdirmək üçün bu kampaniyaya xidmət etməlidir.

Həmçinin qeyd olunur ki, prezident parlament seçkilərində qalib gələrsə, prezident seçkilərinı, yəni 2027-ci ilə qədər sağçı “Milli Birlik” partiyası ilə iqtidarda birgəyaşama yolu seçə bilər.

Qeyd edək ki, iyunun 9-da Makron ölkənin Milli Assambleyasının (parlamentin aşağı palatası) buraxıldığını, həmçinin növbədənkənar parlament seçkilərinin təyin olunduğunu bəyan edib. Seçkilərin birinci turu iyunun 30-na, ikinci turu isə iyulun 7-nə təyin edilib.

Fransa prezidenti bu qərarı tərəfdarlarının Avropa Parlamentinə seçkilərdə məğlub olması (14,6% səs) fonunda verib. Müxalif sağçı “Milli Birlik” partiyası isə seçkilərdə 31,4% səs toplayıb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay