Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BQXK prezidenti Qarabağda meyitlərin mübadiləsi ilə bağlı açıqlama verib

Son məlumatlara görə, Qarabağ münaqişəsinin tərəfləri 200 nəfərin meyitinin mübadiləsini həyata keçiriblər.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer “RİA Novosti”yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, BQXK bu istiqamətdə səylərini davam etdirəcək.

“Təşkilatın Dağlıq Qarabağdakı fəaliyyətinin prioritetləri məcburi köçkünlərə kömək etmək, həlak olanların meyitlərini çıxarmaq, həmçinin mümkün danışıqlara və mübadiləyə hazırlaşmaq üçün əsirləri ziyarət etməkdir. O ki qaldı, həlak olanların çıxarılmasına, Rusiya sülhməramlıları və BQXK-nın iştirakı ilə tərəflər meyitləri çıxarmağa və mübadilə etməyə başlayıblar. Məndə olan son məlumatlara görə, artıq 200 meyit mübadilə olunub. Biz səylərimizi göstərməyə davam edəcəyik”, - deyə P. Maurer vurğulayıb.

Xatırladaq ki, P. Maurer bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay