Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT-in Minsk qrupuna alternativ “Astana formatı” yaranır? - Ərəstun Oruclu şərh etdi

Rusiya əslində rəhbərlik etdiyi Minsk qrupundan yeni formata transfer ola bilərmi?..

Siyasi şərhçi: “Azərbaycanın torpaqlarını mübadilə, alver, müzakirə predmetinə çevirən heç bir quruma ehtiyacı yoxdur”.

Minsk qrupunun acı təcrübəsi göstərdi ki, bu cür missiyaları həyata keçirən dövlətlər bizim münaqişədən, bizim torpaqlarımızın işğal altında olmasından və indi də həmin torpaqların azad olunmasından öz maraqları üçün sui-istifadə etməyə çalışırlar”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu İranın Qarabağ probleminin həlli çərçivəsində yeni “Astana üçlüyü” formatını formalaşdırmağa cəhd etməsini PİA.az-a şərh edərkən qeyd edib.

İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi Bakıda, Moskvada bə Ermənistanda Qarabağ probleminin həlli üçün danışıqlar aparıb. Ermənistana Moskvadan gələn Əraqçı Ankarada missiyaslnı davam etdirəcək.Əraqçının səfərlər marşurutuna diqqət edərsək, görərik İran Qarabağ probleminin həlli çərçivəsində yeni “Astana üçlüyü” formatı formalaşdırmağa cəhd edir.

Qarabağ münaqişəsində ATƏT-in Minsk qrupuna alternativ formula yaranmasını mümkün hesab etmək olar və Rusiya əslində rəhbərlik etdiyi Minsk qrupundan yeni formata transfer ola bilərmi?

PİA.az mövzu ilə bağlı hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclunun fikirlırini öyrənib.

Ərəstun Oruclu: “Azərbaycanın heç bir vasitəçiyə, heç bir münaqişə tənzimləyən quruma ehtiyacı yoxdur”.

Əvvəlcə torpaqları işğaldan azad etməli olduğumuzu vurğulayan siyasi şərhçi PİA.az-a açıqlamasında əlavə edib ki, yalnız bundan sonra Ermənistan sakitləşməsə, bunu beynəlxalq formatda müzakirə edə bilərik. Bu gün isə heç bir formata, hətta danışıqlara belə ehtiyac yoxdur:

Azərbaycanın qanuni ərazilərini mübadilə, alver, müzakirə predmetinə çevirən heç bir casitəçi quruma ehtiyacı yoxdur. Hər bir dövlətin öz ərazi bütövlüyünü qorumaq hüququ var. Hər bir dövlətin işğal altında olan torpaqlarıni azad etmək hüququ var. Bu beynəlxalq hüququn dəyişməz formuludur.

Bu gün Azərbaycan bu qərarı qəbul edib və bunu həyata keçirmək lazımdır. Azərbaycanın bunun üçün əzmi də, iqtisadi və hərbi gücü də yetərlidir. Buna görə də indiki mərhələdə istər ATƏT-in Minsk qrupu formatı olsun, istərsə də İranın formalaşdırmağa cəhd etdiyi formatda olsun, bizə vasitəçilər birmənalı şəkildə lazım deyil.

Ərəstun Oruclu: “Azərbaycan torpaqları Azərbaycan dövlətinin mülkiyyətidir. Onları qorumaq da Azərbaycan dövlətinin müstəsna hüquqdur”.

Minsk qrupunun acı təcrübəsi göstərdi ki, bu cür missiyaları həyata keçirən dövlətlər bizim münaqişədən, bizim torpaqlarımızın işğal altında olmasından və indi də həmin torpaqların azad olunmasından öz maraqları üçün sui-istifadə etməyə çalışırlar. Azərbaycan torpaqları Azərbaycan dövlətinin mülkiyyətidir. Onları qorumaq da Azərbaycan dövlətinin müstəsna hüquqdur.

Azərbaycanın heç bir vasitəçiyə, heç bir münaqişə tənzimləyən quruma ehtiyacı yoxdur. Əvvəlcə torpaqları işğaldan azad etməliyik. Bundan sonra isə Ermənistan sakitləşməsə, bunu beynəlxalq formatda müzakirə edə bilərik. Bu gün isə heç bir formata ehtiyac yoxdur”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Paşinyanla görüşən Əli Xameneidən Zəngəzur dəhlizi ilə bağlı qalmaqallı açıqlama - Yenilənib

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Müdafiə Nazirliyinin bölmə müdiri həbs olundu - Yenilənib

İlqar Fəhmi Axund Azərdən, mentalitetdən, bakılılardan danışdı

Olimpiya çempionu: "Məni Azərbaycandan ilk təbrik edən Prezidentimizlə xanımı oldu"

Azərbaycanda bəzi universitetlərdə təhsil haqqları artırıldı: Səbəb nədir?

Mikayıl Cabbarov Hidayət Heydərovla bağlı paylaşım edib

Ən çox oxunanalar