Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Nar" qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırıb - Foto

“Nar” hər il olduğu kimi bu il də ali məktəblərə daxil olmaq üçün qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri mükafatlandırdı. Şirkətdən verilən məlumata görə, bu ilki qəbul imtahanında 700 bal toplayan Əziz Kərimli və Hüseyn Abdullayevə mobil operator tərəfindən müasir smartfonlar, “Nar” nömrəsi və zənglər üçün ödənişsiz balans təqdim edilib.

İlin ən uğurlu və ən zəkalı abituriyentlərinə hədiyyələri “Azerfon”un Baş icraçı direktoru Qunnar Panke təqdim edib.

O, hər iki gənci təbrik edib və gələcək karyeralarında uğurlar arzulayıb. “Qəbul imtahanları zamanı 700 bal toplayan abituriyentləri mükafatlandırmaq “Nar” üçün artıq ənənəyə çevrilib. Bu il qəbul imtahanlarında iştirak edən, minlərlə gənc arasında ən böyük uğuru yalnız ikinizin qazanması sizin üçün bir stimul olacaq. Düşünürəm ki, sizin kimi dəyərli, savadlı və zəhmətkeş gənclər gələcəkdə yaxşı mütəxəssis olacaq. Bundan sonrakı həyatınıza da böyük uğurlar qazanacağınıza, eləcə də dünyagörüşünüzü və bacarıqlarınızı daha da inkişaf etdirməklə cəmiyyətə böyük fayda verəcəyinizə inanıram”, - deyə Q. Panke qeyd edib.

Xatırladaq ki, “Nar” 2017-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplayan 2018-ci ildə isə 29 abituriyenti mükafatlandırmışdı.

Qeyd edək ki, təhsil, maariflənmənin inkişafı, gənclərdə oxumaq həvəsi oyatmaq “Nar”ın KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə etmək olar.

pia.az


Etiket: Nar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

Cəlilabadda quyuya düşərək boğulan ata və qızının ölümü ilə bağlı təfərrüatlar məlum olub    

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay