Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaq olarkən taxta çıxan hökmdarlar: Onlardan bəziləri dünyanın düzənini dəyişiblər

Uşaq ikən bir çoxumuz kral və ya kraliçaları təqlid edib, sərhədsiz güclərlə nələr edə biləcəyimizin xəyalını qurmuşuq. Ancaq real həyatda hər şey xəyal etdiyimiz kimi olmur.

Musavat.com bu dəfə sizlərə fərqli dövrlərdən və coğrafiyalardan olub, lakin taleləri oxşar olan uşaqlar haqqında maraqlı faktları təqdim edir. Həmin uşaqların hamısını birləşdirən bir şey var- taxt, hakimiyyət...

Bolqarıstan Çarı Simeon Saxe-Coburg Gotha

Simeon Saxe-Coburg Gotha, 6 yaşında Bolqarıstan Çarı, 64 yaşında isə Bolqarıstanın Baş naziri olub.

Simeon 1943-cü ildə atası Borisin qəfil ölümündən sonra Çar kimi taxta çıxıb, lakin onun hakimiyyəti 3 il davam edib. 1946-cı ildə çarizmin ləğvi ilə ölkəni anası ilə birlikdə tərk edib.

1996-cı ildə, 50 ildən sonra ölkəsinə qayıdan Simeon Milli Hərəkatı ilə siyasətə başlayıb. Daha sonra 2001-2005-ci illər arasında Baş nazir vəzifəsini icra edib.

İsveç Kraliçası Kristina

İsveç Kraliçası Kristina 6 yaşında taxta çıxıb və bir oğlan uşağı kimi böyüdülüb. Kraliça Kristina 6 yaşında taxta oturmasına baxmayaraq, 18 yaşına qədər rəsmi olaraq kraliça sayılmırdı. Ancaq o, bu müddətdə bir oğlan kimi təhsil almış və iti düşüncəsi ilə insanların sevgisini qazanmışdı. 1654-cü il- hakimiyyətinin 10-cu ilində taxtdan salınan Kristina Romaya köçüb. Kristina orada dinini dəyişərək katolik olub. 1689-cu ildə Romada vəfat edib.

Sultan 4-cü Mehmed

Sultan 4-cü Mehmed də 6 yaşında taxta çıxıb. O, Osmanlı İmperiyasının ən uzun müddət taxtda qalan ikinci sultanıdır. Ovçu Mehmed olaraq da bilinən 4-cü Mehmed, 39 illik hökmranlığı ilə Qanuni Sultan Süleymandan sonra ən uzun müddət taxtda qalan hökmdardır.

Şah İsmayıl Xətai və II Abbas

Şah İsmayıl Xətai 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti – Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir. Şah İsmayıl Xətai ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısıdır. 17 iyul 1487-ci ildə dünyaya gələn Şah İsmayıl Xətai 1524-cü il mayın 23-də, 36 yaşında vəfat edib.

Qeyd edək ki, Azərbaycan Səfəvilər dövlətinin 15-ci şahı II Abbas da gənc yaşlarında taxta çıxan hökhmdarlar siyahısındadır. II Şah Abbas taxta 1642-ci ildə, cəmi 9 yaşı olarkən, Qızılbaş tayfa başçılarının dəstəyilə çıxıb. Yaşının az olması və təcrübəsizliyi səbəbilə taxta çıxdığı vaxtdan dövləti onun adından baş vəzir Sarı Tağı xan idarə edib. II Şah Abbasın təlim-tərbiyəsilə məşğul olan baş vəzir Sarı Tağı xan 1645-ci ildə nüfuzlu Qızılbaş tayfa başçısı Canıbəy xan Şamlı tərəfindən öldürülüb. Azyaşlı olmasına baxmayaraq, II Şah Abbas sui-qəsddə əli olan bütün əyanları edam etdirib.

Kral Sobhuza

Sobhuza 1899-cu ildə hələ cəmi 4 aylıq olduğu zaman Afrikanın Svazilend ölkəsində taxta çıxıb. O, tarixin ən uzun hakimiyyətdə qalan hökmdarlarından biri oldu. 1899-1982-ci illər arasında Svazilend Kralı olan II Sobhuza ölkəsinin İngiltərədən ayrılaraq, müstəqil olmasına kömək edib. Hesablamalara görə, ən azı 70 arvadı və 100 uşağının olduğu düşünülür.

Toro kralı Oyo Rukudi

1992-ci ildə doğulub və 3 yaşından bəri Toro kralı olan Oyo Rukidi, eyni zamanda, Winchester Universitetinin biznes diplomuna sahibdir. Toro Krallığı Uqandada simvolik olaraq, yenidən qurulmuş beş krallıqdan biridir. Kralın səlahiyyətləri yalnız mədəni sahələrlə məhdudlaşır.

Moskvanın Böyük Şahzadəsi - "Qorxunc İvan"

3 yaşında Moskvanın Böyük Şahzadəsi olaraq taclandırılan 4-cü İvan hakimiyyəti dövründə etdikləri ilə adını tarixə "Qorxunc İvan" kimi yazıdırıb. 14 il Moskvanın Böyük Şahzadəsi və 37 il Rusiya Çarı kimi hökmranlıq edib.

İran Şahı - Əhməd şah Qacar

Qacar sülaləsindən İran şahı olan son şəxs 11 yaşında taxta çıxan Əhməd şah Qacardır. 1909-1925-ci illər arasında taxtda olan Əhməd Şah Qacar, əvvəlcə, Rza Xanın çevrilişi ilə sürgün edilib və daha sonra hakimiyyəti əlindən alınıb. Əhməd şah Qacar 1930-cu ildə bilinməyən bir səbəblə Fransada vəfat edib.

Firon Tutanhamon

Firon Tutanhamon tarixin ən məşhur uşaq krallarından biridir. O, taxta çıxanda 9 yaşında olub. Eramızdan əvvəl 1332-1323-cü illər arasında taxtda olan Tutanamonun türbəsi 1922-ci ildə kəşf edilib və bu türbə tarixin ən əhəmiyyətli arxeoloji nailiyyətlərindən biri hesab olunur.

Şotlandiya Kraliçası Meri

Şotlandiya Kraliçası Meri 1542-ci ildə 6 günlük bir körpə kimi taclandırıldı və təhsili üçün Fransaya göndərildi. 1558-ci ildə Fransa Kralı ilə evlənərək Fransa Kraliçası oldu. Evləndikdən bir il sonra Fransa kralının ölməsi səbəbilə öz ölkəsinə qayıdan Kraliça Meri, 1567-ci ilə qədər Şotlandiya kraliçası olmağa davam edib.

Ayrıca, Şotlandiyanın son katolik hökmdarıdır.

Çin İmperatoru Puyi

Puyi, 3 yaşında olarkən 1908-ci ildə Çin İmperatoru olaraq taxta çıxıb. Puyi Qing sülaləsinin son imperatoru kimi cəmi 3 il taxtda qalmağı bacarıb. O, İmperiyanı sona çatdıran 1911-ci ildə baş verən inqilabdan sonra Yaponiyaya gedib.

Puyi 1934-1945-ci illər arasında Mançuriyanın Böyük İmperatoru olub. İkinci Dünya Müharibəsindən sonra, 1950-ci ildə hərbi cinayətkar olaraq, Çinə ekstradisiya edilib.

1959-cu ildə bağışlanan Puyi, 1965-ci ilə, ölümünə qədər normal bir vətəndaş kimi yaşayıb.

Romulus Augustus - Qərbi Roma İmperatoru

12 yaşında taxta çıxan 13 yaşında taxtdan endirilən Romulus Augustus, son Qərbi Roma İmperatorudur. 476-cı ildə Romulus Augustusun taxtdan endirilməsi orta əsrlərin başlanğıcı hesab olunur.

Kral Henri

Henri İngiltərə monarxiyası tarixində ən gənc taxta çıxan kraldır. 9 aylıq ikən çıxdığı taxtda təxminən 40 il qalıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişib

Ən çox oxunanalar