Cümə, 26 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ramiz Mehdiyev dövlətə meydan oxuyursa ...” - Abid Şərifov

Azərbaycanın Baş Nazirinin sabiq müavini Abid Şərifov AMEA prezidenti Ramiz Mehdiyevin karantin qaydalarını kobud şəkildə pozaraq nəvəsinə toy mərasimi təşkil etməsindən danışıb.

Abid Şərifov Demokrat.az-a açıqlamasında bildirib ki, qanun hər kəs üçün eynidir, kiməsə əlavə üstünlük verilməyib:

"Mən hazırda xəstəyəm, xəstəxanadayam, baş verən hadisələrdən məlumatsızam. Ancaq dövləti qorumaq lazımdır. Bu dövlətin qanunları hər kəs üçün bərabərdir. Allah dövlətimizi qorusun, ölkəmizdə hər zaman sabitlik olsun".

Abid Şərifov qeyd edib ki, Ramiz Mehdiyev dövlətə meydan oxuyursa, o zaman müvafiq qurumlar hərəkətə keçməlidirlər:

"Əgər Ramiz Mehdiyev dövlətə meydan oxuyursa, qoy müvafiq qurumlar lazımı addımlar atsın. Bunun üçün Azərbaycan hökumətinin müvafiq qurumları və şəxsləri, o cümlədən Prezident Administrasiyası, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi var. Hesab edirəm ki, hüquq-mühafizə orqanları Ramiz Mehdiyevlə bağlı qanun çərçivəsində öz sözlərini deməlidirlər".

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağadadaş Ağayevlə mühafizəçi haqqında qərar verildi

Atalar və mandatlı övladlar… – Bu adamlar YAP-ın siyahısına necə düşür?

Keçmiş deputatın oğlu qohumlarını və işçilərini DSK-nın qarşısına toplayıb qalmaqal yaratdı

Azərbaycanda bir bankın lisenziyası ləğv edildi

Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?

Elxan Şahinoğlu: Əgər İranın Ermənistana silah verməsi xəbəri təsdiq olunarsa,...

İqbal Əbilovun həbs detalları məlum olub: Ermənistanla gizli Skype sövdələşmələri...

Ağadadaş Ağayevi döyən gözətçi ilə bağlı yeni faktlar

Müdafiə Nazirliyi Ermənistanın təxribatı barədə bəyanat yayıb: Lazımi cavab tədbirləri görüləcək

Ən çox oxunanalar