Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qüdrət Həsənquliyev: “Elçibəy xeyirxah və dürüst adam idi”

BAXCP sədri: “Əbülfəz bəy mənim yaddaşımda dövlət adamından daha çox türk birliyi, Bütöv Azərbaycan üçün çalışan bir ideya adamı, sadə və təvazökar  insan kimi qalıb”. 

PİA.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Əbülfəz Elçibəyin vəfatının 20-ci ili ilə bağlı BAXCP-nin Mətbuat xidmətinin sorğusunu cavablandırıb.

Əbülfəz Elçibəyə Allahdan rəhmət diləyən Qüdrət Həsənquliyev bildirib ki, hər bir insan kimi onun da zəif cəhətləri yox deyildi, amma o, müsbət xarakterizə olunan insana məxsus əsas keyfiyyətlərə malik, xeyirxah və dürüst bir adam idi: “Milli mentalitetimizdən doğan Azərbaycan kişisinə xas olan bütün dəyərlərə sahib idi”.

Q. Həsənquliyev deyib ki, Elçibəy onun yaddaşında dövlət adamından daha çox türk birliyi, Bütöv Azərbaycan üçün çalışan bir ideya adamı, sadə və təvazökar insan kimi qalıb:

“Ona prezident olaraq Azərbaycanda demokratik, hüquqi dövlət, mülki cəmiyyət quruculuğu istiqamətində islahatlar həyata keçirib arzularını gerçəkləşdirməyə imkan vermədilər. Elçibəy xarici və daxili siyasətdə buraxılan kobud səhvlər səbəbindən hakimiyyətini qoruyub Qarabağı işğaldan azad edə, ölkəmizi böyük fəlakətlərdən qoruya bilmədi. Bütün bunlara baxmayaraq milli ideyalarına, insanlara olan sevgisinə və dövlət adamı kimi təmizliyinə görə xalqımızın böyük əksəriyyəti tərəfindən Elçibəy bu gün böyük hörmətlə yad edilir. Əminəm ki, zamanla bu Böyük insanın bütün arzuları gerçəkliyə çevriləcək və bu zaman onun ruhu şad olacaqdır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay