Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 29 yaşlı iş qadını qəfil öldü - Foto

Azərbaycanda gənc iş xanımı ürəktutmadan dünyasını dəyişib...

Bu barədə məlumatı mərhumun yaxınları sosial şəbəkədə paylaşıb. Bildirilib ki, 29 yaşlı Ülkər İskəndərova bir neçə gün öncə gözlənilməz şəkildə vəfat edib.

Ülkər İskəndərova artıq bir neçə ildir ki, nişan, toy və xınayaxdı məclisləri üçün xonçaların hazırlanması işinin təşkili ilə məşğul olub. Onun instaqramda “nazli_design” səhifəsinin 75 mindən çox izləyicisi var.

Gənc iş xanımı ötən həftə həkim olan hər iki valideyninin koronavirusla mübarizədə virusa yoluxduğunu və müalicələrinin davam etdirildiyini qeyd etmişdi: “Şükürlər olsun ki, hər iki valideynimin vəziyyəti artıq yaxşılığa doğru gedir. Tezliklə evə yazılarlar. Artıq işlə bağlı paylaşımları könül rahatlığı ilə edə biləcəm. Çox soyumuşdum hər şeydən, əlim heç bir işə gəlmirdi. Allah deyirmiş ki, canın sağlam, doğmaların yanındaykən heç nəyin dərdini çəkib şikayətlənmə. Elə bir dərd gələr ki, bir zamanlar o şikayətlənmələrinə görə peşman olarsan. Özünüzü qoruyun”.

Bu, mərhumun son paylaşımı olub və izləyicilərini kədərləndirib.

Qeyd edək ki, Ü. İskəndərovanın iki azyaşlı qızı var. O, ikinci dəfə isə bir neçə ay əvvəl ana olmuşdu. (Qafqazinfo)

pia.az


Etiket: ölüm


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay