Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Korrupsiyaya görə qandallanan icra başçısının yersiz azadlıq çabaları

Hüquqşünas: “Onun istintaq dövründə həbsdən buraxılmaq şansı yoxdur, çünki... ”

Bakı Apelyasiya Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində verilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətə baxılıb. Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə sabiq icra başçısının şikayəti təmin edilməyib və Səbayel Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Ailəsi tərəfindən də şayiələr yayılır ki, guya DTX-nın onun saxlanması ilə bağlı yaydığı videomaterialda bədii filmlərdən parçalar götürülərək, istifadə edilib.

Vilyam Hacıyev mayın 5-də saxlanılıb. Bir gün sonra Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Keçmiş icra başçısı qərardan apelyasiya şikayəti versə də, təmin edilməyib.

Vilyam Hacıyevin həbsinin ilk günlərindən yayılan məlumatlar onun ittihamları qəbul etmədiyini göstərir. O, hələ məhkəmədən çıxanda ailə üzvlərinə “Haqq öz yerini tutacaq” deyib. Oğlunun atasını iki həftəyə çıxarmaq istəyi, həbs qərarından verilən apelyasiya şikayəti də keçmiş icra başçısının özünü təqsirli hesab etmədiyini göstərir.

Bəs Vilyam Hacıyevin azadlığa çıxması mümkündür?

“Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, indiki şəraitdə Vilyam Hacıyevin buraxılması mümkün deyil:

“Hüquqi cəhətdən hazırda vəkil vəsatət qaldıra bilər ki, o, ev dustaqlığına buraxılsın. Lakin bunun təmin edilib-edilməyəcəyi məlum deyil. Çünki burada korrupsiya məsələsi də var. Videogörüntülərdən külli miqdarda pulu gördük. Hazırda da hər kəs belə danışır ki, bu pullar onun yalnız əl altında olan pullarıdır. Yəni loru dildə desək, cib xərcliyidir. Onun nə qədər var-dövləti müxtəlif adamların adına banklarda, əmlak formasında qalıbsa, bu, bəlli deyil. Ona görə də istintaq hələ bu kimi məsələləri araşdırıb, ortaya çıxarmalıdır. Bizdə nümunə var ki, ağır cinayətdə ittiham olunan adamın bir neçə il həbsdə qaldıqdan sonra azadlığa buraxılması kimi faktlar var. Məsələn, Akif Çovdarov nümunəsini göstərə bilərik ki, o, bu yaxınlarda azadlığa buraxıldı. Baxmayaraq ki, Çovdarov çox ağır cinayətlər törədib. Həmin misala istinad edərək güman etmək olar ki, Vilyamı da nə zamansa buraxsınlar. Lakin şəxsən mənim fikrimə görə bu, inandırıcı deyil. Çünki artıq dövlət rəhbərliyi tərəfindən ölkədə bir siyasət aparılır və Azərbaycan dövlətində deyərdim ki, təmizləmə prosesi gedir. Ona görə də bu cür icra başçıları məsuliyyətə cəlb edilməlidir ki, digərləri üçün də bu, dərs olsun. Əgər Vilyam Hacıyevi indiki zamanda azadlığa buraxsalar belə çıxar ki, artıq qeyd etdiyimiz siyasətdən geri addım atmalar var. Bu faktın özü isə digər icra başçılarında özünəarxayınlıq yarada bilər. Belə olarsa icra başçıları əvvəlki cinayətlərinə davam edərlər”.

Əsabəli Mustafayev

Hüquqşünas bildirib ki, hazırkı zamanda Vilyamın buraxılması bütün hüquq sistemini biabırçı vəziyyətə sala bilər: “O cümlədən də dövlət rəhbərliyinin apardığı siyasətə kölgə düşər. Bununla da ictimaiyyətdə reaksiyalar artar və proses tənqid hədəfinə çevrilər. Belə anlaşılar ki, proses, sadəcə, olaraq epizodik işdir. Ona görə də inanmıram ki, hüquqi imkanlar olsa belə, Vilyam Hacıyevi kimsə azadlığa buraxsın. Vəkillərə gəlincə isə burada da fərqli məqamlar var. Vəkillərin xətrinə dəyməsin, onlar indiki prosesdə yalnız ”maklerlik" edə bilərlər. Hansısa qanuni məsələyə istinad edib, onları azadlığa buraxdırmaları, ev dustaqlığına qərar verdirmələri mümkün deyil. Çünki Vilyamın və digər icra başçılarının ölkədən qaçmaq, gizlənmək imkanları çox böyükdür. Heç şübhəsiz ki, onların xaricdə də əmlakları var. Ona görə də bu kimi adamları ev dustaqlığına buraxdırmaq qanuna da zidd ola bilər. Çünki eyni zamanda bu adamların istintaqa da təsiretmə imkanları mövcuddur. Bu baxımdan Vilyam Hacıyevin hesab edirəm ki, azadlığa buraxılması şansı yoxdur".

Qeyd edək ki, V.Hacıyev icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə və rüşvət almaqda şübhəli bilinir.

Axtarış zamanı onun rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilib. Həmçinin V.Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsini müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

pia.az


Etiket: Vilyam Hacıyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay