Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Salyanın keçmiş başçısı iş adamlarından aldığı pulla qızına 100 minlik maşın alıb - Foto 

Salyan Rayon İcra Hakimiyyətinin (RİH) keçmiş başçısı Tahir Kərimovun daha bir qanunsuz əməli ortaya çıxıb...

Demokrat.az-ın məlumata görə, Tahir Kərimov Salyanın icra başmçısı olduğu dövrdə (2011-2016-cı illərdə) rayonda fəaliyyət göstərən iş adamlarını müflis etməklə yadda qalıb.

O, rayondakı sahibkarlardan aylıq pul toplayaraq, öz ailə biznesini genişləndirməklə məşğul olub. Hətta, vəziyyət o həddə çatıb ki, Tahir Kərimov rayondan olan iş adamlarının övladları üçün təşkil etdiyi toy mərasimlərinə qatılmaq üçün əvvəlcədən pul tələb edib, pul göndərməyən sahibkarları isə elektrik verilişini dayandırmaqla cəzalandırıb.

Əldə etdiyimiz yeni məlumata görə, Tahir Kərimov bir neçə il əvvəl Salyan rayonunun Qarabağlı kəndində fəaliyyət göstərən bir neçə iş adamından məcburi şəkildə pul alaraq, qızı üçün 100 min dollarlıq ağ rəngdə "Toyota Land Cruiser 200" model avtomobil alıb.

İş adamları Tahir Kərimova verdikləri vəsait hesabına bahalı avtomobil alınmasını sonradan bildiklərini deyirlər.

Sözügedən məsələ ilə bağlı Tahir Kərimovun mobil telefon nömrələrinə zəng etsək də, ancaq onunla əlaqə saxlamaq mümkün olmayıb.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

Sabirabad və Suraxanı rayonunun bir hissəsində qaz olmayacaq

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Samir Əsədli: “Yardımlı arxa planda qalmamalıdır”

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Zelenski “Şimal axını”nın partıadılmasını təsdiqləyib, Zalujnı əməliyyata rəhbərlik edib...

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay