Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saakaşvili böyük siyasətə qayıdır - Avakovla başı bir qazanda qaynayacaqmı?

Mixail Saakaşvili ilə Arsen Avakov arasında qarşıdurma və qapışmanın ikinci raundu hələ qarşıdadır...

Politoloq: “Saaakaşvili islahaçı kimi tanınsa da, Ukraynanın qəliz ölkə olduğunu bilirik”.

“Zelenski Saaakaşvilinin islahatçı reytinqini nəzərə alaraq ona baş nazirin islahatlar üzrə müavini vəzifədini təklif edib”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Saaakaşvilinin Ukraynanın baş nazirinin müavini təyin ediləcəyi gözləntisini PİA.az-a şərh edərkən qeyd edib.

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq Prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşviliyə Baş Nazirin müavini vəzifəsini təklif edib. Bu barədə Mixail Saakaşvili “Facebook”da bildirib.

M. Saakaşvili Ukraynanın Baş Naziri Denis Şmıqalla bu barədə ətraflı fikir mübadiləsi apardıqlarını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “Ukrainskaya pravda” nəşri mənbələrinə istinadən Mixail Saakaşvilinin Ukrayna Baş Nazirinin islahat məsələləri üzrə müavini postuna təyin edilə biləcəyi ilə bağlı xəbər yayıb. Bildirilib ki, Gürcüstanın sabiq Prezidentinin təyinatı məsələsinə cümə günü Ali Radada baxıla bilər.

Saakaşvilinin Ukraynada yüksək vəzifəyə təyinatı vətəni Gürcüstanda narazılıqla qarşılanıb. Gürcüstanın Baş Naziri Giorgi Qaxariya sabiq Prezident Mixail Saakaşvilinin Ukrayna Baş Nazirinin müavini təyin edilməsinə höküməti tərəfindən adekvat reaksiya veriləcək:

“Gürcüstan üçün strateji tərəfdaş olan ölkədə Gürcüstanda məhkum edilən və axtarışa verilən şəxsi Baş Nazirin müavini təyin edilməsi şəxsən mənim üçün qəbuledilməzdir. Bu cür addım təbii olaraq Gürcüstan tərəfindən adekvat şəkildə cavablandırılacaq”, - deyə Giorgi Qaxaria vurğulayıb.

Həmçinin bilirik ki, Ukraynanın daxili işlər naziri Arsen Avakovla Saakaşvili arasında cidi problemlər və qarşıdurma var. Məhz Avakovla qarşıdurma fonunda Odessa meri olan Saakaşvili istefa verməyə məcbur olub. Daha sonra isə yaxın dostu Petr Poroşenko ilə gürcü siyasətçinin araaı açılmış və Poroşenko onu vıətındaşlıqdan çıxardaraq Ukraynadan sürgün etmişdi.

Zelenskinin təklifi ilə bağlı danışan Saakaşvili isə bildirib ki, Ukrayna oliqarx feodalizmi hökm sürür və o, islahatlarla bağlı vitse-primyer kimi bu feoadalizmi dağıdacaq. Burdan da görünür ki, Mixail Saakaşvili ilə Arsen Avakov arasında qarşıdurma və qapışmanın ikinci raundu hələ qarşıdadır.

Zelenskinin bu təyinatı Ukraynanın daxili və xarici siyasətinə necə təsir edəcək? Həmçinin Saakaşvilinin təyinatı Zelenskinin komandasında parçalanma və qarşıdurma yarada bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Saaakaşvilinin bilik və bacarıqlarından istifadə edərsə, Zelenski Ukraynaya müəyyən müsbət çalarlar gətirə bilər”.

Ukraynada Zelenski hakimiyyətə gələndən sonra Saaakaşvilinin Ukraynaya qayıdışına icazə verdiyini xatırladan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Saaakaşvili bu vaxta qədər Zelenskiyə dəstəyini ifadə edirdi, amma bu boş idi. Sonda Zelenski Saaakaşvilinin imkanlarından istifadə etməyə qərar verdi:

“Saaakaşvili islahatçı bir siyasətçi kimi tanınır. O Gürcüstanda da hakimiyyətə gələn gündən islahatlar apardı və Gürcüstanı xeyli inkişaf etdirdi. Saaakaşvilinin dövründə Gürcüstan iqtisadiyyatı xeyli inkişaf etdi, maaşlar artdı, siyasi və iqtisadi azadlıqlar artırıldı və Gürcüstan yenineraya qədəm qoydu.

Sonra Gürcüstanda hakimiyyət dəyişikliyi baş verdi. Saaakaşvili Gürcüstanı tərk etdi və Ukraynada yaşadı. Saaakaşvili Ukraynada Poroşenko prezident seçiləndən sonra onunla münasibətləri sıxlaşdırdı. Poroşenko Saaakaşvilini Odessaya qubernator təyin etdi. Saaakaşvili Odessada da müəyyən islahatlar apardı. Sonra onun prezidentlə münasibətləri kəskinləşdi və Ukraynanı tərk etdi.

Ukraynada Zelenski hakimiyyətə gələndən sonra Saaakaşvilinin Ukraynaya qayıdışına icazə verdi.

Saaakaşvili bu vaxta qədər Zelenskiyə dəstəyini ifadə edirdi, amma bu Zelenskiyə əlavə dividendlər vermirdi. Sonunda Zelenski Saakaşvilinin imkanlarından istifadə etməyə qərar verib.və bu Ukraynada siyasətin tempraturun qaldırmaqla yanaşı qarşıdurmaları da artıracaq.

Elxan Şahinoğlu: “ Mən Saakaşvilinin Zelenskinin islahatlara rəhbərlik edən komanda üzvləri arasında da kimlərsə qarşıdurmaya girəcəyini istisna etmirəm”.

Məlumdur ki, Zelenskinin vəziyyət getdikcə ağırlaşır. Bu bir ildə o, verdiyi vədlərə rəğmən iqtisadiyyatda dirçəliş əldə edə bilmədi. Üstəgəl koronavirus pandemiyası da Ukraynada da vəziyyəti lap ağırlaşdırdı. Zelenski Saaakaşvilinin islahatçı reytinqini nəzərə alaraq ona baş nazirin islahatlar üzrə müavini vəzifəsini təklif etməklə yeni nəfəs pəncərəsi və etimad limiti qazanmaq istəyir.

Əlbəttə Ukraynada Saakaşvilinin əleyhinə olan qüvvələr var və onların başında sabiq prezident Petr Poroşenko, həmçinin daxili işlər naziri Arsen Avakov yer alır. Ola bilər ki, bu faktorda Zelenskinin qərarında xüsusi rol oynayıb. Çünki Saakavvilinin Poroşenkoya bə hətta Avakova qarşı savaşması Zelenski üçün əlavə manevr imkanı yaradır və bu durumda Zelenski artıq arbitr rolunda çıxış edəcək ki, bu da ona əlavə dividendlər verəcək.

Saakaşvili islahaçı kimi tanınsa da, Ukraynanın qəliz ölkə olduğunu bilirik. Ukraynada oliqarxik sistem və fərqli mövqelər mövcuddur. Yəni orada islahatları surətləndirmək çətin olacaq. İslahatlar aparanda da Saaakaşvili kimlərləsə də, toqquşacaq. Burada da müəyyən gərginliklər yaşanacaq.

Mən Saakaşvilinin Zelenskinin islahatlara rəhbərlik edən komanda üzvləri arasında da kimlərsə qarşıdurmaya girəcəyini istisna etmirəm.

Amma Saaakaşvilinin bilik və bacarıqlarından istifadə edilsə, Ukraynaya müəyyən müsbət çalarlar gətirilə bilər. Məncə hər şey qarşıdurmanın səviyyəsindən və Saakaşvilinin islahatlarının effektliyindən asılı olacaq. Bu fonda Ukraynada maraqlı siyasi prosseslərin başlamasını istisna etmirəm”.

Nərminə UMUDLU
pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Bakıda dəhşət: Ata bir azyaşlı uşağını öldürüb, digərini yaralayıb, sonra isə intihar edib

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub

Ən çox oxunanalar