Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-ın ən çox söyülən deputatı Aydın Mirzəzadə yenidən necə seçildi? - Video

Məzahir Pənahovun diqqətinə...

9 fevral tarixində Azərbaycanda növbədənkənar parlament seçkiləri baş tutdu.

İki gün keçməsinə baxmayaraq seçkilərin nəticələri hələ də müzakirə mövzusu olmaqda davam edir.

Məsələ burasındadır ki, parlamentin buraxılması xalqı ümidləndirmiş, gələcəyə nikbin baxmağa sövq eləmişdi. Lakin nəticələr elan olunandan bu günə qədər mediada və sosial şəbəkələrdə xalqın münasibəti açıq-aydın görünür. Məsələ burasındadır ki, YAP-ın namizədlərinin bəzilərinə görə ümumi seçki mühiti tənqid olundu, xalq arasında ölkədə aparılan islahatlar dalğasına inam itirildi. 17 yanvardan başlayan təbliğat, təşviqat kampaniyasında ən çox haqlı olaraq söyülən, tənqid olunan, qovulan deputatlar Aydın Mirzəzadə və Hadı Rəcəbli oldu.

Aydın Mirzəzadə 20 ildir ki, 47 Saylı Mingəçevir Seçki Dairəsindən namizəddir. Ancaq bu illər ərzində o seçkildiyi dairəsinin insanlarına qarşı soyuq, laqeyid münasibət bəsləmiş, problemləri ilə maraqlanmamış, hətta zaman-zaman bəzi iş adamlarından borc pul alaraq qaytarmamışdır. Əvəzində isə Mingəçevirdə 2 şadlıq sarayı inşa etmiş, 12 obyekt, Bakıda isə 4 obyekt və digər mülklərə sahib olmuşdur. Bütün bunlar isə problemlər içində boğulan Mingəçevir əhalisinin ona münasibətini formalaşdırmış, qəsəb və nifrətini qazanmışdır. Mingəçevir şəhərindən 20 ildir deputat seçilən Aydın Mirzəzadə 20 nəfərin səsini qazanma şansı belə yoxdur. Məhz bu səbəbdən o, seçkilərdə bəzi məntəqələri satın alaraq açıq saxtakarlıq edir və cuzi fərqlə yenidən deputat seçilmə şansını qazanır. Eyni zamanda başqa namizədlərin bülletenləri də onun bülletenlərinə qatılaraq ciddi fərqlər yaradılıb. Aydın Mirzəzadə ilə bağlı hazırladığımız video icmalı təqdim edirik:(afn.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Rusiya çıxılmaz vəziyyətə düşüb...

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu

Kəlbəcərdə itkin düşən Təranə Zeynalovanın qalıqları Bərdədə dəfn olunub - Foto, Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Sabiq məmur siyasətə qayıdır - "Qudalar İttifaqı" yenidən aktivləşəcək?

Arsen Avakovun Zelenskinin yerinə gətirilməsi nə qədər realdır?

Bu gündən Azərbaycanda internetin qiyməti artıb

Heydər Əsədovun seçkidəki rəqibi danışdı – Açıqlama

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay