Cümə, 16 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Divara yapışdırılmış banan 120 min dollara satılıb

ABŞ-ın Florida ştatının Mayami-Biç şəhərində keçirilən rəssamlıq sərgisində skotçla divara yapışdırılmış banan incəsənət əsəri kimi 120 min dollara satılıb

İtalyan rəssam Mauritsio Kattelanın “Komediant” adlı əsəri “Art Basel” sərgisində satılıb.

Ekspertlərin sözlərinə görə, əsərin ikinci variantı (yenə də skotçla banan) 150 min dollara satıla bilər. Əsər incəsənət xiridarlarının bir çoxunun böyük marağına səbəb olub, hərçənd sərgiyə gələnlərin çoxu onun mənasını başa düşməyib. “Art Basel”in banisi Emmanuel Perrotin bildirib ki, bu əsər tamaşaçını obyektlərin dünyada necə hərəkət etdiyi barədə düşündürməlidir. O deyib: “İstər sərgi stendinə bərkidilsin, istərsə də “New York Post”un üzqabığında verilsin, bu əsər bizi maddi əmtəənin necə qiymətləndirildiyi barədə düşünməyə məcbur edir”.

“Art Basel” dünyanın hər yerindən yeni innovativ əsərlər axtarışında olan məşhur insanları və rəssamları cəlb edən populyar festivaldır. Festival hər il üç şəhərdə - Bazel, Mayami-Biç və Honkonqda keçirilir. (azərtac)

pia.az


Etiket: ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Konfrans Liqası: "Zirə" tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb - Yenilənib

Yaxın iki həftə ərzində güclü zəlzələ ola bilər - Seysmoloq

Rusiya XİN Ermənistanda çap olunan tarix dərsliyinin təxribat xarakterli olduğunu bəyan edib

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Dünyada aylıq temperatur rekordları dövrü sona çatır, havalar soyuyacaq

Göygöldə qonşusunu bıçaqlamaqda şübhəli bilinən 18 yaşlı gənc tutulub - Yenilənib

Rusiyanın ən böyük hərbi yük təyyarəsi müəmmalı şəkildə İrana eniş edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay