Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu cür həyasız adamları ciddiyə almaq lazım deyil"- Araz Əlizadə Cümşüd Nuriyev haqda

Milli Məclisin deputatı Araz Əlizadə sabiq millət vəkili Cümşüd Nuriyevin Qarabağ müharibəsində iştirak edən qadınları ötən gün AzTV-də "əxlaqsız" və "küçə qadınları" adlandırmasına sərt şəkildə münasibət bildirib...

PİA.az xəbər verir ki, A.Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Cümşüd Nuriyev qeyri-ciddi və məsuliyyətsiz adamdır:

"Cümşüd Nuriyev axmaq adamdır. O, heç kəs idi, sonradan onu deputat etdilər. O vaxtilə sərsəm fikirlər səsləndirərək demişdi ki, guya Qarakənd faciəsi zamanı vertolyotda olan insanlarımız sağdırlar, biri Fransada, biri Hindistandadır və sairə. Bu cür həyasız adamları ciddiyə almaq lazım deyil".

Deputat qeyd edib ki, Cümşüd Nuriyevin ötən gün AzTV-də iştirak etdiyi sözügedən verilişə onu da dəvət ediblər:

"Dünən həmin verilişə məni də dəvət etmişdilər. Sadəcə işlərim olduğu üçün qatıla bilmədim. Həmin verilişə getmədiyim üçün çox təəssüflənirəm. Əgər mən o verilişdə olsaydım, yəqin ki, bu sözünə görə Cümşüd Nuriyevi orada sürüyəcəkdim. Ümumiyyətlə, o cür səviyyəsiz çıxışı AzTV efirə verməməli idi. Həmin veriliş canlı deyildi, saat 14-də çəkilmişdi. İstəsəydilər, Cümşüd Nuriyevin həmin çıxışını efirə verməyə də bilərdilər. Çox təəssüf ki, bizdə söz azadlığı ifrat dərəcəyə çatanda özümüzü apara bilmirik".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar