Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Android”lərdə kamera təhlükəsi - Sizi asanlıqla izləyə bilərlər

“Android”lərdə kamera təhlükəsi...

Bir proqram təhlükəsizliyi firması 100 milyon “Android” cihazına təsir göstərə biləcək önəmli təhlükə aşkara çıxarıb. Bəzi filmlərdə və seriallarda hakerlərin kompüter və mobil telefon kimi cihazların kameralarına icazəsiz giriş əldə etdiklərini bir çoxumuz görmüşük. Şirkətin apardığı araşdırmalar nəticəsində filmlərdə baş verən bu ağılasığmaz üsulun artıq reallaşdığı məlum olub.

 “Android” kamerasının zəifliyinin qorxulu detalları...

Təhlükəsizlik araşdırmaları nəticəsində məlum olub ki, “Android” cihazlarında icazə siyasətini pozaraq kameraya asanlıqla giriş əldə etmək mümkündür. Bundan 100 milyon "Android” cihazının təsirlənə biləcəyi qeyd edilib.

Siz icazə verməsəniz belə, daxil olurlar

“ShiftDelete” texnologiya saytının verdiyi xəbərə görə, məsələn, “İnstagram” üçün kamera girişini bağladığınızda, tətbiq birbaşa kameraya daxil ola bilmir. Bununla birlikdə aşkar edilmiş zəiflik ilə icazə verilməyən hər hansı bir tətbiqetməyə daxil olmaq mümkündür. “Android” kamerasının həssaslığı ilə hakerlər istifadəçilərin cihazlarına icazəsiz giriş əldə edə bilirlər. Ən qorxulusu isə hakerlərin istifadə etdiyi bu proqramı antivirusların belə, aşkara çıxara bilməməsidir.

Texnoloji yenilikləri izləyin...

Adını gizli saxlayan şirkətin araşdırmaları nəticəsində ortaya çıxan bu təhlükə üçün artıq “Google” şirkəti ilə əlaqə saxlanılıb. Şirkətdən bildirilib ki, “Google” kamera tətbiqetməsinin yenilənməsi ilə baş vermiş təhlükə aradan qaldırılacaq. Əlavə olaraq bildirilib ki, bir çox istifadəçi bu yeniləməni hələ də quraşdırmayıb.(musavat.com)

pia.az


Etiket: Android


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

SEPAH Haniyənin ölümünün təfərrüatını açıqladı

TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

İran ordusu: HAMAS liderinin ölümünə görə qisas alınacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay