Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Şurasına sədrlik Gürcüstana keçəcək -Noyabrın 27-dən

Gürcüstan noyabrın 27-dən başlayaraq Avropa Şurasına (AŞ) 6 ay müddətinə sədrlik edəcək

Sədrliyin ölkəyə rəsmi təqdim olunması mərasimi həmin tarixdə Strasburqda keçiriləcək.

Gürcüstanda rəsmi səfərdə olan AŞ-in baş katibi Mariya Peyçinoviç Buriç ölkənin xarici işlər naziri David Zalkaliani ilə görüşdə bu məsələni müzakirə edib.

Baş katib səfəri çərçivəsində qonşu ölkənin bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Tbilisidə AŞ-nin 70 illiyi, Gürcüstanın təşkilata üzv olmasının 20-ci ildönümünə həsr olunan tədbirlər və təşkilatın Gürcüstan üzrə 2020-2023-cü illər üçün fəaliyyət planının rəsmi təqdimatının keçirilməsi də planlaşdırılıb.

Qeyd edək ki, Gürcüstan ilk dəfə olaraq AŞ-yə sədrlik edəcək. Qonşu ölkə təşkilatın Nazirlər Komitəsinə sədrliyi 2020-ci ilin may ayına qədər yerinə yetirəcək. (Report)

pia.az


Etiket: Avropa Şurası

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Fransanın fəxri deputatı: Azərbaycana səyahət xəbərdarlığı inanılmaz və qəbuledilməzdir

Ən çox oxunanalar