Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Xanqoşvili işi”-Çeçen liderin qətlinin sifarişinin Rusiya tərəfindən verilməsi ilə bağlı faktlar aydınlaşır

Berlində 41 yaşlı çeçen lider Zəlimxan Xanqoşvilinin günün günorta çağı, parkda hər kəsin gözü önündə öldürülməsi Almaniyada böyük hay-küy yaradıb

Hadisədən sonra yaxalanan qatilin Sibir sakini Vadim Sergeyeviç adlı şəxs olduğu deyilir. Onun qətldən bir neçə gün öncə Moskvadan gəldiyi və olduqca peşəkar davrandığı bildirilir. Almaniya hüquq-mühafizə orqanları onun pasportunun saxta olduğunu hesab edirlər. Saxlanılan şəxs suallara cavab verməkdən boyun qaçırır və səfirlikdən nümayəndə göndərilməsini tələb edir.

Almaniyanın “Der Tagesspiegel” qəzetini məlumatına əsasən, “Vadim Sergeyeviç”in Zəlimxan Xanqoşvilini öldürmək üçün əslində hər hansı motiv və səbəbi olmayıb. Bu, insidentin sifarişlə icra olunan qətl olduğunu göstərir.

Rusiya xüsusi xidmət orqanları bununla öz düşmənlərinə dünyanın hər bir yerində, hətta Almaniyada belə, təhlükəsiz hiss edə bilməyəcəklərini nümayiş etdirmək istəyir”, -deyə qəzetin yazısında qeyd olunub.

Hadisənin özünə gəlincə isə, qatilin səs boğucu bərkidilmiş “Glock 26” markalı 9 mm-lik tapançadan istiafadə etdiyi məlum olub. “Vadim Sergeyeviç” Kiçik Tirqarten parkında qurbanına velosipedlə arxadan yaxınlaşaraq 3 dəfə atəş açıb.

Avropa Birliyi və Almaniya tərəfindən maliyyələşən və Tiflisdə yerləşən “Human Rights Education and Monitoring Center” təşkilatı da Berlindəki sui-qəsdin birbaşa Rusiya xüsusi xidmət orqanlarının əli ilə törədildiyini bəyan edib.

Çeçen diasporuna mənsub, “Sülh və insan hüquqları” Beynəlxalq assosiasiyasının rəhbəri Aslan Artsuyev Zəlimxan Xanqoşvilin ölümünü rus kəşfiyyatının xaricdə yaşayan “çeçen ovu”nun növbəti epizodu adlandırıb.

İstanbuldakı çeçen diasporunun başçısı, “Kavkazder” təşkilatının direktoru Əli Vishacıyev, Z.Xanqoşvilinin Gürcüstan çeçenləri içində avtoritetə malik olduğunu, buna görə bir neçə dəfə sui-qəsdə məruz qaldığını deyib.

Zəlimxan Xanqoşvilinin Almaniyada sığınacaq tapmasında kömək göstərən, hüquq müdafiəçisi Ekkehard Maas onun 2008-ci ildə Rusiyanın Gürcüstan torpaqlarını işğal etdiyi vaxtda, Pankisi dərəsində baş verən hadisələrlə bağlı mühüm informasiyalara malik olduğunu deyib. E.Maasın sözlərinə görə, Z.Xanqoşvilinin həmin ilin avqustunda 200 döyüşçü ilə Ruisyaya qarşı vuruşmaq niyyəti də olub.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Baş nazirin müavininin İngiltərədəki şirkəti bağlandı

Süni intellektin bioloji silah yaratmağa qadir olduğu məlum olub

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

SEPAH Haniyənin ölümünün təfərrüatını açıqladı

TSAXAL Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay